Nazirdən “Elektron lisenziya” ilə bağlı açıqlama

20-10-2015 / 20:50

Noyabrın 1-dən sonra iki il müdətində sahibkarlıq subyektlərində aparılan yoxlamalar dayandırılacaq.

Xeberler.az Report-a istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev deyib.

Nazirin sözlərinə görə, ölkə başçısının ötən gün parlamentə göndərdiyi qanun layihəsi bu gün Milli Məclisdə qəbul edilib:

"Qanunun mahiyyəti ondan ibarətdir ki, noyabrın 1-dən sonra 2 il müddətində yoxlamalar dayandırılacaq. Digər bir məsələ isə lisenziyalarla bağlıdır. Ölkə başçısının fərmanına əsasən, lisenziyaların sayı minimuma endirilib və bundan sonra bütün xüsusi lisenziyaları İqtisadiyyat və Sənaye Nazirliyi "ASAN xidmət" vasitəsilə veriləcək".

Elektron lisenziyaların verilməsinin mümkün olduğunu deyən Ş.Mustafayev bununla bağlı Prezidentin də xüsusi göstərişinin olduğunu qeyd edib:

"Təbii ki, "Elektron lisenziya"ların tətbiqi mümkündür və icra ediləcək. Bu haqda artıq cənab Prezidentin göstərişi var. Dünən imzalanmış fərmanla bu proseslərin sürətləndirilməsi tapşırılmışdı".

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə