Previous Next
Bağla

Nazirlik elektron informasiya sistemini ictimaiyyətə təqdim etdi

27-06-2014 15:12
Nazirlik elektron informasiya sistemini ictimaiyyətə təqdim etdi
İyunun 27-də Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 fevral tarixli Fərmanına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən hazırlanmış əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin (EİS) təqdimatı olub.
 
Xəbərlər-in verdiyi məlumata görə, tədbirdə hökumət və qeyri-hökumət qurumlarının, sosial tərəfdaşların nümayəndələri iştirak edib. 
 
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov tədbiri giriş sözü ilə açaraq Azərbaycan Prezident cənab İlham Əliyevin ölkədə makroiqtisadi sabitliyi və sürətli sosial-iqtisadi tərəqqini təmin edən uğurlu siyasətində işçi hüquqlarının etibarlı təminatı mexanizminin müasir tələblərə uyğun qurulmasının mühüm yer tutduğunu vurğulayıb: “Bunun daha bir təsdiqi kimi, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2013-cü il 27 dekabr tarixli Azərbaycan Respublikasının Qanununun tətbiqi barədə cənab Prezident tərəfindən 2014-cü il 3 fevral tarixli Fərman imzalanmışdır.
 
Fərman Azərbaycanda əmək münasibətlərinin rəsmiləşdirilməsində keyfiyyətcə yeni bir mərhələ açmış, əmək müqavilələrinin bağlanmasında formal yanaşmalardan irəli gələn və işçinin gələcək sosial təminat hüququnu sual altında qoyan, qeyri-leqal məşğulluq hallarına gətirib çıxaran stereotiplərin aradan qalxmasına, əmək bazarına  dövlət nəzarətinin xeyli güclənməsinə şərait yaratmışdır”. 
 
Nazir bildirib ki, fərmana əsasən, əmək münasibətlərinin rəsmiləşdirilməsi üçün yalnız əmək müqaviləsinin bağlanması deyil, bağlanmış əmək müqaviləsi barədə bildirişin EİS-də qeydiyyata alınması və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsi əsas şərt kimi irəli sürülür: “Bununla da əmək münasibətlərinin elektron qeydiyyatı mexanizmi formalaşdırılır ki, bu da işçi və işəgötürənlər arasında bağlanmış hər bir əmək müqaviləsinin, həmin müqavilədə əmək münasibətləri üçün müəyyən edilən şərtlərə əməl olunmasına birbaşa və çevik formada dövlət nəzarətinin həyata keçirilməsinə imkan yaradır”.    
 
S.Müslümov Fərmanda verilən tapşırığa uyğun olaraq, ƏƏSMN tərəfindən EİS-in proqram təminatının hazırlandığını və sınaq işləri nəticəsində təkmilləşdirildiyini, işəgötürənlərin qeyd olunan bildirişləri e-imza vasitəsilə asan formada EİS-ə daxil edə bilmələri və 1 iş günündən gec olmayaraq qeydiyyatdan keçirmələri üçün bütün texniki imkanların yaradıldığını bildirib: “Eyni zamanda, Fərmana uyğun olaraq, nazirlik əmək müqaviləsi bildirişinin formasının və onun EİS-ə daxil edilməsi qaydalarının, həmin bildirişin qeydiyyata alınması barədə işəgötürənə göndərilən məlumat formasının, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişi barədə məlumatların real vaxt rejimində əldə olunması ilə bağlı qaydaları hazırlayaraq respublika hökumətinə təqdim edib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2014-cü il 6 iyun tarixli 183 nömrəli Qərarı ilə həmin Qaydalar təsdiq olunub”.  
 
Qaydaların hazırda ƏƏSMN-nin rəsmi www.mlspp.gov.az saytında yerləşdirildiyini qeyd edən nazir bildirib ki, qaydalara həmçinin 8 Əlavə təqdim olunur. Həmin əlavələrdə əmək müqaviləsi bildirişinin, habelə əmək müqaviləsi bağlanıldığı, dəyişiklik edildiyi və ya xitam verildiyi halda əmək müqaviləsi bildirişinin formaları və s. əksini tapır: “Bununla yanaşı, Əmək Məcəlləsinin 43-cü maddəsinə edilən dəyişikliklərə əsasən, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması üçün müqavilədə işçi barədə məlumatlara onun şəxsiyyətini təsdiq edən sənədin fərdi identifikasiya kodu (FİN) barədə məlumatlar da əlavə edilməlidir. Həmçinin işəgötürən barədə məlumatlara sığortaedənin uçot nömrəsinin (SUN), dövlət sosial sığorta şəhadətnaməsinin nömrəsinin (SSN), şəxsiyyətini təsdiq edən sənədin pin kodunun və ya fərdi identifikasiya nömrəsinin (FİN) əlavə edilməsi tələb olunur.
 
Həmin məlumatlar  əmək müqaviləsi bildirişlərinin EİS-ə daxil edilməsini asanlaşdıracaq. Digər tərəfdən, burada məlumatların təhlükəsizliyi təmin olunur. Hər hansı işçi və işəgötürən barədə məlumatlar heç də hamı üçün açıq deyil. İşəgötürən və işçi yalnız özlərinə aid məlumatları sistemdə görə biləcək, onların digər şəxslər barədə məlumatı görmək imkanları olmayacaq”.
 
Bu sahədə aparılan islahatların əmək bazarına dövlət nəzarətinin səmərəli və çevik formada təşkilinə xidmət etdiyini bildirən S.Müslümov həmçinin əsas məqsədin işçilərin əmək hüquqlarının təminatına nəzarət imkanlarının artırılması, qeyri-leqal əməyin qarşısının alınması olduğunu bildirib: “Bağlanmış bütün əmək müqavilələri barədə məlumatlar artıq ƏƏSMN-nin elektron informasiya sistemində yerləşəcək və həm işəgötürənin, həm də işçinin bu müqavilələrdə müəyyən olunmuş öhdəliklərdən yayınmaları mümkün olmayacaq. Eyni zamanda, işçilərin gələcək sosial təminat hüquqlarının müdafiəsi, sosial sığorta haqları və vergi daxilolmalarının artırılması üçün əsas formalaşacaq”. 
 
Azərbaycan Respublikası Milli Məclisinin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə, sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev və başqaları çıxış edərək əmək münasibətlərinin rəsmiləşdirilməsinin EİS-də qeydiyyata alınması prosesinə keçidi Azərbaycanda əmək hüquqlarının təminatı sahəsində uğurlu islahat tədbiri kimi dəyərləndiriblər. Onlar sistemin həm işçilərin, həm  işəgötürənlərin, həm də dövlətin maraq və mənafeləri baxımından xüsusi önəmini vurğulayıb, hər bir işəgötürənin ölkəmizdə müasir cəmiyyət quruculuğuna uyğun olaraq həyata keçirilən bu prosesdə üzərinə düşən vəzifəni layiqli şəkildə yerinə yetirəcəyinə əminliklərini ifadə ediblər.
 
Sonra əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev yeni sistem barədə ətraflı məlumat verib. ƏƏSMN Aparatının İnformasiya texnologiyaları şöbəsinin müdiri Elnur Məcidov əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemini təqdim edib. Təqdimat zamanı  əmək müqaviləsi bildirişlərinin sistemə daxil edilməsi, qeydiyyatdan keçirilməsi və bu barədə işəgötürənə məlumat verilməsi proseduru əyani şəkildə nümayiş etdirilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
 
 
Xeberler.az
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Əmək müqaviləsi bildirişi elektron imza vasitəsilə daxil ediləcək

08-06-2015

Əmək müqaviləsi ilə bağlı xidmətdən istifadənin statistikası açıqlandı

04-08-2015

Nazirliyin e-xidmətlərindən istifadə sayı artıb

08-05-2015

Əmək müqaviləsi bildirişləri üzrə e-sistemdən istifadə sayı açıqlanıb

10-11-2015

Əmək müqaviləsi bildirişləri üzrə elektron müraciətlərin sayı açıqlanıb

10-06-2016

Nazirliyin e-xidmətlərindən 170 min istifadə qeydə alınıb

10-06-2015

ƏƏSMN-nin e-xidmətlərindən istifadə edənlərin sayı artıb

11-08-2015

Elektron informasiya sistemində 1 milyondan artıq müraciət qeydə alınıb

12-07-2016

Əmək müqaviləsi bildirişləri üzrə elektron müraciətlərin sayı açıqlanıb

08-09-2016

E-xidmətlərdən istifadə artıb

29-04-2015

Əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sisteminin proqram təminatı artıq hazırdır

14-03-2014

Bu e-xidmətə 10 milyona yaxın müraciət olub

15-08-2017

“E-sosial” vasitəsilə 23 mindən çox əmək müqaviləsi imzalanıb

24-05-2025

Nazirlik ən çox istifadə olunan e-xidmətləri açıqladı

14-04-2015

ƏMAS-da e-qaydada 1 milyon 745 minədək əmək müqaviləsi imzalanıb

29-07-2025

Əmək müqaviləsi bildirişləri üzrə e-müraciətlər 5,3 faiz artıb

26-12-2016

ƏƏSMN-nin e-xidmətlərindən istifadə edənlərin sayı artıb

15-07-2015

ƏƏSMN-nin e-xidmətlərindən istifadə edənlərin sayı artıb

20-05-2015

ƏMAS platformasında e-qaydada 270 mindən çox əmək müqaviləsi imzalanıb

17-09-2024

“E-sosial” mobil tətbiqi vasitəsilə 14,2 min əmək müqaviləsi imzalanıb

07-05-2025

Nazirliyin bu e-xidmətinə 7 milyondan çox müraciət olub

01-05-2017

Ötən ay ən çox hansı elektron xidmətdən istifadə edilib?

09-03-2016

Elektron xidmətlərdən 2,5 milyon dəfə istifadə olunub

24-01-2015

ƏMAS-da e-qaydada 700 mindən çox əmək müqaviləsi imzalanıb

01-11-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə