Nokia firması Booklet 3G –dən sonra daha bir netbook üzərində işləyir

17-11-2009 / 19:05

 Hamı Nokia firmasını mobil telefon istehsalçısı kimi tanıyır. Amma Nokia özünü netbook sahəsində də sınamağa başlayıb. Nokia Booklet 3G  ilə 3G texnologiyasını müvəffəqiyyətlə kompüter bazarına çıxardan ilk şirkət oldu. Nokia bundan sonra da yeni netbook ardıcıllığı üzərində işləmək istəyir.

The Economic Daily News-un  verdiyi xəbərə görə, Çindəki fabrik  Booklet 3G sifarişlərini çatdırmaq üçün  ciddi işləyir. Əgər Nokia-nın yeni netbook dizaynı tamamlanıb təsdiqlənsə, 2010-cu ilin əvvəllərində bazara çıxarıla bilər.

Nokia Booklet 3G, daxili 3G internet əlaqəsi dəstəyinə sahib, güclü bir İntel Atom prosessor və 12 saatlıq  batareya müddətiylə təchiz edilmiş bir netbook-dur. Əməliyyat sistemi kimi Windows 7 istifadə edir.

Nokianın yeni modelinin Windows 7 və ya N900 –da işlənən  yeni Maemo əməliyyat sistemini istifadə edəcəyi hələ açıqlanmayıb.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.