Previous Next
Bağla

Növbəti tədris ilində təhsil formaları necə olacaq?

27-07-2020 16:48
Növbəti tədris ilində təhsil formaları necə olacaq?
"Bir müddət öncə Prezident koronavirus pandemiyası ilə bağlı ölkədə yaranmış vəziyyətdən danışarkən növbəti tədris ilində təhsilin təşkili formalarıın hələlik qeyri-müəyyən olduğunu vurğulamışdı.
 
Eyni zamanda distant təhsil formasının da qaçılmaz olduğunu qeyd etmişdi. Bu isə artıq o demək idi ki, Təhsil Nazirliyi qarşıdakı tədris ili üçün təhsilin təşkili ilə bağlı müxtəlif modellər hazırlamalıdır. Bu modellər istənilən şərait üçün təhsilin təşkilinə imkan verməlidir".
 
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib:
 
"Bildiyim qədər Təhsil Nazirliyində bu istiqamətdə müəyyən müzakirələr aparılır. Amma hələlik ortada hökumətə təqdim oluna biləcək hansısa bir sənəd layihəsi yoxdur. Fikrimcə yeni tədris ili üçün vaxt itirmədən təhsil formaları ilə bağlı bir neçə model hazırlanmalıdır. Bu məqsədlə maraqlı tərəflərin iştirakı ilə online müzakirələr təşkil olunmalıdır".
 
Ekspert bildirib ki, təqdim ediləcək modellərə uyğun olaraq mövcud hüquqi-normativ bazaya əlavə və dəyişikliklərin layihələri hazırlanmalıdır. Düşünürəm ki, indiki şəraitdə aşağıdakı təhsil formaları üzrə modellər üzərində işləmək faydalı olardı:
 
1. Əyani
(əgər hər şey köhnə qaydada olarsa, ənənəvi əyani təhsil forması nəzərdə tutulur)
 
2. Hibrid :Əyani-distant
 
Bu təhsil forması əsasən əyani formanı nəzərdə tutur, lakin tədrisin distant texnologiyaların tətbiqi ilə distant formada təşkili, imtahanların onlayn formada təşkili də mümkündür. Bunun hüquqi təminatı üçün müvafiq normativlər qəbul edilməlidir, dərslərin təşkili, siniflərin formalaşması və s. qaydalara yenidən baxılmalıdır. Valideynlər, şagirdlər, tələbələr Hibrid təhsil forması ilə bağlı qabaqcadan məlumatlandırılmalı və buna hazır olmalıdır.
 
3. Distant təhsil forması.
 
Bu təhsil forması tam distant tədrisi nəzərdə tutur, bunun üçün Nazirlər Kabineti və Təhsil Nazirliyi qaydalar hazırlamalıdır. Lisenziya şərtləri hazırlanmalıdır. DİM tərəfindən ali təhsil müəssisələri üçün bu formada təhsil alanların sayı qabaqcadan müəyyən olunmalıdır. Hibrid formada təhsilin təşkilində bütün səviyyələrdə texniki-texnoloji təminat və internet təminatı üçün məsuliyyətin təhsil müəssisəsinin üzərində olması doğru olardı.
 
 
 
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Hibrid təhsil formasına nə dərəcədə hazırıq ? Ekspert yanaşması

Hibrid təhsil formasına nə dərəcədə hazırıq ? Ekspert yanaşması

06-08-2020
Distant təhsil formasının tətbiqində ləngiyirik

Distant təhsil formasının tətbiqində ləngiyirik

18-07-2013
İnternet bağlantısı olmayan ərazilərdə distant təhsil necə təşkil olunacaq?

İnternet bağlantısı olmayan ərazilərdə distant təhsil necə təşkil olunacaq?

29-08-2020
Ekspert: Texnologiyalar mövcud konservativ təhsil sistemini üstələyir

Ekspert: Texnologiyalar mövcud konservativ təhsil sistemini üstələyir

21-02-2020
Ekspert: Təhsil nazirliyi distant təhsilin tətbiqindən ehtiyat edir?

Ekspert: Təhsil nazirliyi distant təhsilin tətbiqindən ehtiyat edir?

04-10-2019
Ekspert: Təhsil Nazirliyi qarşısında aksiya keçirən tələbələr haqlıdırmı?

Ekspert: Təhsil Nazirliyi qarşısında aksiya keçirən tələbələr haqlıdırmı?

02-06-2020
Ekspert: Təhsil İnstitu təhsilin təşkili ilə bağlı təkliflərə dair bəzi suallara aydınlıq gətirməlidir

Ekspert: Təhsil İnstitu təhsilin təşkili ilə bağlı təkliflərə dair bəzi suallara aydınlıq gətirməlidir

14-08-2020
UNEC-in rektoru “Distant ali təhsilin vacib məqamlarına toxunub"

UNEC-in rektoru “Distant ali təhsilin vacib məqamlarına toxunub"

29-03-2020
Distant təhsil forması təsdiqlənib, əsasnaməsi isə hələki yoxdur

Distant təhsil forması təsdiqlənib, əsasnaməsi isə hələki yoxdur

11-09-2020
Ali məktəblərdə distant təhsil müvəqqəti olaraq dayandırılıb

Ali məktəblərdə distant təhsil müvəqqəti olaraq dayandırılıb

30-09-2020
UNEC-in rektoru: “Azərbaycan distan təhsil ixrac edən mərkəzə çevrilə bilər”

UNEC-in rektoru: “Azərbaycan distan təhsil ixrac edən mərkəzə çevrilə bilər”

04-05-2020
Yeni tədris ilində dərslər bu formada keçiriləcək

Yeni tədris ilində dərslər bu formada keçiriləcək

27-08-2020
Azərbaycan Türkiyədə distant təhsil alanların diplomlarını tanıyacaqmı?

Azərbaycan Türkiyədə distant təhsil alanların diplomlarını tanıyacaqmı?

17-02-2023
Universitetlərdə tədrisin təşkili üçün hansı hüquqi və texniki problemlər var?

Universitetlərdə tədrisin təşkili üçün hansı hüquqi və texniki problemlər var?

31-08-2020
Distant formada təhsil alanların sənədləri tanınacaqmı ?

Distant formada təhsil alanların sənədləri tanınacaqmı ?

13-08-2013
“Hökumət distant təhsilin təşkilini Nazirliyin üzərinə atıb”

“Hökumət distant təhsilin təşkilini Nazirliyin üzərinə atıb”

18-09-2020
Ekspert: Xarici universiteti distant formada bitirənlərin diplomunun tanınması nə üçün müşkülə çevrilib?

Ekspert: Xarici universiteti distant formada bitirənlərin diplomunun tanınması nə üçün müşkülə çevrilib?

02-01-2021
Azərbaycanın İlk distant təhsil məktəbi

Azərbaycanın İlk distant təhsil məktəbi

07-04-2020
Distant təhsil forması rəsmiləşəcəkmi ?

Distant təhsil forması rəsmiləşəcəkmi ?

23-01-2024
"Qızılcadan qorunmaq üçün distant təhsilə keçid doğru qərar olardı"

"Qızılcadan qorunmaq üçün distant təhsilə keçid doğru qərar olardı"

06-12-2023
Cari ilin tələbə qəbul proqramında "distant təhsil forması" üzrə qəbul nəzərdə tutula bilərmi?

Cari ilin tələbə qəbul proqramında "distant təhsil forması" üzrə qəbul nəzərdə tutula bilərmi?

17-01-2022
UNEC-də bütün dərslər distant keçiriləcək

UNEC-də bütün dərslər distant keçiriləcək

11-03-2020
Ekspert: Xarici distant diplomun tanınmaması üçün heç bir hüquqi əsas yoxdur

Ekspert: Xarici distant diplomun tanınmaması üçün heç bir hüquqi əsas yoxdur

18-01-2021
UNEC-də distant Tyutor hazırlığı üzrə sertifikat proqramı tamamlanıb

UNEC-də distant Tyutor hazırlığı üzrə sertifikat proqramı tamamlanıb

06-09-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə