NRYTN “Global Game Jam Next” tədbirini keçirəcək

08-07-2020 / 15:13

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, “SUP” Akselerasiya Mərkəzinin və “Tech Academy”nin birgə təşkilatçılığı ilə “Global Game Jam Next” tədbiri keçiriləcək.

Xeberler.az bildirir ki, Global Game Jam Next dünyanın hər yerində, adətən fiziki yerlərdə baş verən ancaq bu il pandemiyayla bağlı olaraq onlayn rejimdə keçiriləcək oyun quruculuğu üzrə təlim və yarış proqramıdır.

Tədbir mahiyyətcə oyun inkişafına yönəlmiş hakatondur. GGJ Next - in əsas məqsədi yeniyetmələrin bir araya gələrək yaradıcı olacağı, təcrübə mübadiləsi edə biləcəyi və video oyunlardan istifadə edərək özlərini ən yaxşı şəkildə ifadə edə biləcəklərinə imkan yaratmaqdır.

GGJ Next nədir? GGJ Next, Global Game Jam tərəfindən video oyunların yaradılmasını öyrənməkdə maraqlı olan gənclərə (12-17 yaş) dəstək olmaq üçün həyata keçirilən tədbirdir. 

13-24 iyul tarixlərində baş tutacaq tədbir iki hissədən ibarət olacaq. Birinci hissədə (13-17 iyul) iştirakçılara proqramlaşdırma və oyun hazırlama bacarıqları mövzularında video dərslər keçiriləcək.

İkinci hissədə isə (20-24 iyul) iştirakçılar öyrəndiklərini tətbiq etməklə öz ideyaları əsasında oyunlar hazırlayacaqlar. İştirak üçün 12-17 yaşlı yeniyetmə və gənclər “ https://bit.ly/2D4ZApp ” linki vasitəsilə 10 iyul saat 23:59-dək qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, inklüziv təhsil alanlarla xüsusi mentorların iştirakı ilə inklüziv təhsil sahələrində kodlaşdırmanın təşviqini artırmaq, onların texnoloji yeniliklərə marağını gücləndirmək məqsədilə ayrıca məşğul olunacaq.

Tədbirin qlobal sponsorları Microsoft, Facebook, Sony İnteractive Entertainment, Unreal Engine, yerli təşkilatçıları isə SUP VC, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Tech academy-dir. Tədbir ilk dəfə olaraq Azərbaycanda keçirilir.

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə