Previous Next
Bağla

Uşaqlar üçün evdə distant tədris prosesi necə qurulmalıdır ?

08-09-2020 20:10
Uşaqlar üçün evdə distant tədris prosesi necə qurulmalıdır ?
Sosial mediadan görsənir ki, bir çox valideynlər, uşaqlar distant təhsil formasına qarşı aqressivdirlər. Xüsusən də azyaşlılarla bağlı belə münasibət sərgilənir. Onlar əmindirlər ki, distant formada keyfiyyətli bilik və bacarıqlar əldə etmək çətin olacaq.
 
Bəs Uşaqlar üçün evdə distant tədris prosesini necə qurmalı ?
 
Övladı evdə distant təhsil alan valideynlər nələrə diqqət yetirməlidir ?
 
Xeberler.az bildirir ki, bununla bağlı Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz açıqlama verib:
 
"Düşünürəm ki, burada daha çox psixoloji məqamlar var.İlk növbədə valideynlər fərqində olmalıdırlar ki, bu problem lokal problem deyil, bütün dünya bununla üz-üzədir. Bizdə distantla bağlı ənənələr və hazırlıqlar yetərli olmadığından bu problem daha qabarıq görsənir.
 
Əgər evdə texniki-texnoloji şərtlər qaydasında olarsa, müəllimin distant tədris üçün hazırlığı yetərli olarsa və təhsil müəssisəsinin də rəqəmsal resursları yetərincə olarsa distantın keyfiyyəti heç də ənənəvidən geri qalmayacaq. Düşünürəm ki, distant təhsilin evdə təşkili ilə bağlı Təhsil Nazirliyi tərəfindən valideynlər və uşaqlar üçün tövsiyyələrin hazırlanması faydalı olardı.
 
Bu tip faydalı ola biləcək bəzi məqamları valideynlərin diqqətinə çatdırmaq istərdim :
 
1. Evdə uşaqlar üçün ayrıca otaqda distant tədris mühiti yaradılmalıdır və bu otaq üçün ayrıca qaydalar müəyyən olunmalıdır.
 
2. Zərurət yoxdursa dərs prosesində evdəki digər şəxslərin bu otağa daxil olması tövsiyyə olunmur.
 
3. Uşağın masasında kompüter, smartfon, printer, planşet, qulaqcıq və s. üçün, onların dayanıqlı enerji təchizatı üçün şərairt yaratmaq, bu avadanlıqları uşaq üçün hər an əlçatan etmək lazımdır.
 
4. Uşağın iş masası təbii işıqlanma olan ərazidə olmalıdır və işıqlandırma üçün adi işıqlardan istifadə tövsiyyə olunur.
 
5. Masa üzərində uşağın əl işləri görməsi üçün yer saxlanılmalıdır.
 
6. Distant tədris prosesi zamanı otaqda televizor söndürülməli, sakitlik və iş mühiti təmin olunmalıdır.
 
7. İlkin dövrlərdə uşağın kompüterdə işləməsinə, təlim prosesinə, avadanlığın və internetin məqsədli istifadəsinə nəzarət və köməklik edilməlidir.
 
8. Uşağın internetdə təhlükəsizliyi üçün tədbirlər görülməlidir (Əgər valideynin rəqəmsal bacarığı yetrəlidrisə kompüteri, smartfonu özü tənzimləməli, əks halda provayderə, məktəbə və ya müətəxəssisə müraciət etməlidir. İmkanı yetərlidirsə provayderlərdən “HALAL İNTERNET” xidməti alması daha uyğun olardı).
 
9. Distant dəslər 30 dəq. davam etdiyindən uşağın hər yarım saatdan bir istirahətinə diqqət yetirilməlidir.
 
10. Evdə bir neçə uşaq eyni anda internetdən istifadə edərək multimedia resurslarla işləyəcəksə internetdə yüklənmələri qabaqcadan nəzərə almaq lazımdır. Bu problemi aradan qaldırmaq üçün ya evdəki uşaqların dərs cədvəli dəyişilməli , yaxud da daha yüksək sürət üçün provayderə müraciət olunmalıdır. Evdə yalnız bir kompüter olduqda da bir neçə uşağın istifadəsi üçün qabaqcadan kompüterdə tənzimləmələr aparılmalıdır.
 
11. Əgər uşağın istifadə etdiyi texniki avadanlıqlarda problem olarsa təhsil müəssisəinə və ya kompüter ustasına müraciət etmək lazımdır. Bunu tez etmək daha doğru olardı, çünki nasaz avadanlıqlarla distantı effektiv qurmaq mümkünsüzdür, həm də bu , uşaqları həvəsdən sala bilər.
 
12. Əgər uşaqda mənimsəmə ilə bağlı, distant tədris mühitinə uyğunlaşmaqla bağlı problemlər, diqqətin toplanması ilə bağlı problemlər olarsa məktəbin rəhbərliyinə, məktəb psixoloquna müraciət etmək doğru olardı.
 
13. Evində interneti və kompüteri olmayanlar distant tədris prosesində iştirak üçün ya digər imkanlar axtarmalı , yaxud da bu imkanların yaradılması üçün dərhal təhsil müəssisəsinə müraciət etməlidir".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycanın İlk distant təhsil məktəbi

Azərbaycanın İlk distant təhsil məktəbi

07-04-2020
Distant təhsil formasının tətbiqində ləngiyirik

Distant təhsil formasının tətbiqində ləngiyirik

18-07-2013
Distant təhsil forması təsdiqlənib, əsasnaməsi isə hələki yoxdur

Distant təhsil forması təsdiqlənib, əsasnaməsi isə hələki yoxdur

11-09-2020
Ekspert: Hökumət distant təhsilin təşkilini Təhsil Nazirliyinin üzərinə atıb

Ekspert: Hökumət distant təhsilin təşkilini Təhsil Nazirliyinin üzərinə atıb

01-04-2021
İnternet bağlantısı olmayan ərazilərdə distant təhsil necə təşkil olunacaq?

İnternet bağlantısı olmayan ərazilərdə distant təhsil necə təşkil olunacaq?

29-08-2020
Təhsil Nazirliyi tərəfindən Distant Təhsil Mərkəzinin açılışı oldu

Təhsil Nazirliyi tərəfindən Distant Təhsil Mərkəzinin açılışı oldu

22-05-2012
"O yerlərdə distant təhsildən, ümumiyyətlə, imtina olunmalıdır" - Osman Gündüz

"O yerlərdə distant təhsildən, ümumiyyətlə, imtina olunmalıdır" - Osman Gündüz

07-09-2020
Hibrid təhsil formasına nə dərəcədə hazırıq ? Ekspert yanaşması

Hibrid təhsil formasına nə dərəcədə hazırıq ? Ekspert yanaşması

06-08-2020
"Qızılcadan qorunmaq üçün distant təhsilə keçid doğru qərar olardı"

"Qızılcadan qorunmaq üçün distant təhsilə keçid doğru qərar olardı"

06-12-2023
 Bakıda Distant Təhsil Mərkəzi açılıb

Bakıda Distant Təhsil Mərkəzi açılıb

24-05-2012
Texnologiyaların uşaqlara təsiri

Texnologiyaların uşaqlara təsiri

07-04-2015
UNEC-də bütün dərslər distant keçiriləcək

UNEC-də bütün dərslər distant keçiriləcək

11-03-2020
UNEC-in rektoru: “Azərbaycan distan təhsil ixrac edən mərkəzə çevrilə bilər”

UNEC-in rektoru: “Azərbaycan distan təhsil ixrac edən mərkəzə çevrilə bilər”

04-05-2020
Ekspert: Təhsil nazirliyi distant təhsilin tətbiqindən ehtiyat edir?

Ekspert: Təhsil nazirliyi distant təhsilin tətbiqindən ehtiyat edir?

04-10-2019
UNEC-də imtahanların da distant keçirilməsi mümkündür

UNEC-də imtahanların da distant keçirilməsi mümkündür

17-03-2020
UNEC-in rektoru “Distant ali təhsilin vacib məqamlarına toxunub"

UNEC-in rektoru “Distant ali təhsilin vacib məqamlarına toxunub"

29-03-2020
Şəmkirdə distant təhsil mərkəzi yaradılıb

Şəmkirdə distant təhsil mərkəzi yaradılıb

01-09-2015
Ali məktəblərdə distant təhsil müvəqqəti olaraq dayandırılıb

Ali məktəblərdə distant təhsil müvəqqəti olaraq dayandırılıb

30-09-2020
Ekspert: Texnologiyalar mövcud konservativ təhsil sistemini üstələyir

Ekspert: Texnologiyalar mövcud konservativ təhsil sistemini üstələyir

21-02-2020
Ekspert: Təhsil Nazirliyi qarşısında aksiya keçirən tələbələr haqlıdırmı?

Ekspert: Təhsil Nazirliyi qarşısında aksiya keçirən tələbələr haqlıdırmı?

02-06-2020
İnternet oyunları uşaqlar üçün təhlükə mənbəyidir

İnternet oyunları uşaqlar üçün təhlükə mənbəyidir

05-08-2019
UNEC-də gün ərzində 9200 tələbəyə distant dərslər keçilib

UNEC-də gün ərzində 9200 tələbəyə distant dərslər keçilib

12-03-2020
“Hökumət distant təhsilin təşkilini Nazirliyin üzərinə atıb”

“Hökumət distant təhsilin təşkilini Nazirliyin üzərinə atıb”

18-09-2020
Azərbaycanda ilk dəfə olaraq UNEC-də distant tədrisə başlanılıb

Azərbaycanda ilk dəfə olaraq UNEC-də distant tədrisə başlanılıb

17-02-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə