Xeberler.az bildirir ki, yeni tədris ilində onlayn təhsilə təkrar start verilib. Sosial şəbəkələrdə yayılan məlumata görə, 30-40 nəfərlik siniflərdə şagirdlərdən maksimum 15-20 nəfər distant təhsildən faydalana bilir. Digərləri isə müxtəlif səbəblərlə dərsdə iştirak etmir.
Maraqlıdır, Azərbaycanda texniki imkanlar dərslərin onlayn keçirilməsinə imkan verirmi? Ümumiyyətlə, şagirdlərin neçə faizinin onlayn təhsilə çıxış imkanı var?
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz açıqlamasında bildirib ki, onlayn təhsillə bağlı üç tip texnoloji problem var:
“Birinci internet, ikincisi texnoloji avadanlıqlar, üçüncü isə istifadə bacarıqları ilə əlaqədardır. Bizdə istifadə bacarıqlarına kifayət qədər yiyələnməyənlər çoxdur. Bütün dünyada, o cümlədən Azərbaycanda pandemiya səbəbilə çağırış var ki, təhsil distant verilsin. Bu cür çağırış sözügedən üç problemin-internet, texnoloji avadanlıq və bacarıqlar-həllini ortaya qoyur”.
Həmsöhbətimiz vurğulayıb ki, Azərbaycanda internetlə bağlı problem daha qabarıq görünür:
“Bu, mərkəzdə daha çox Bakıətrafı qəsəbələrdə, rayonlarda isə kəndlərdədir. Rəsmi statistikaya görə, Azərbaycanda əhalinin 50 faizi kəndlərdə yaşayır. Deməli, 50 faizdə ciddi problemlər var”.
Şagirdlərin neçə faizinin onlayn təhsilə çıxış imkanlarının olması məsələsinə gəldikdə isə Osman Gündüz qeyd edib ki, “İnformasiya əldə etmək haqqında” qanuna görə, bu informasiyanı Təhsil Nazirliyi açıqlamalıdır:
“Qanunvericiliyə görə, Təhsil Nazirliyi bunu etməyə borcludur. Təhsil Nazirliyi rayonlarda monitorinq keçirib. Bu dəqiqə nazirlikdə daşdan keçən gözəl bir informasiya var. Harada vəziyyətin necə olduğunu yaxşı bilirlər. Onlar kimin kompüterinin olub-olmadığını da bilirlər. Bunu isə açıqlamırlar, problem məhz buradadır. Bu informasiya açıqlanmadan konkret fikir bildirmək çətindir. Çünki mən x, y, z yerləri bilə bilərəm. Axı digər yerlər də var. Təhsil Nazirliyinin isə əlində xəritə var. Bütün informasiyanı ora daxil ediblər. Zəhmət çəkib açıqlasınlar”.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri