Osman Gündüz:“Bakinternet və Aztelekom dərhal özəlləşməlidir”

30-10-2010 / 02:32

Dünən ANS Televiziyasında Cümə Sevinc Osmanqızı ilə verlişi Azərbaycandaki internetin vəziyyətinə həsr olunub.

Proqramda  Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin şöbə müdiri İsfəndiyar Əliyev, “Delta” Telecom şirkətinin texniki direktoru Rahid Ələkbərli, Azərbaycan İnternet Forumun (AİF) prezidenti Osman Gündüz, “Real” İctimai Birliyinin həmtəsisçisi, bloqçu Natiq Cəfərli, “Sahil” İnformasiya Texnologiyaları şirkətinin rəhbəri Vahid Qasımov və tanınmış bloqçu Əli Novruzov iştirak edib.

Verilişin birinci hissəsində Azərbaycanda İnternetin keyfiyyəti müzakirə olunub. Bununla bağlı İsfəndiyar Əliyev deyib: Qiymətlərin düşməsi ikinci provayderlərin keçid dövrlərini yaratdı ki, bu da keyfiyyətdə özünü göstərdi. Azərbaycanda keyfiyyətlə bağlı problemlər var. Ən böyük problemlərindən biri də yüklənmədir. İlin sonuna kimi elektronlaşmayan ats qalmayacaq. Belə ki, 20-30 il öncə heç kəs bilmirdiki internet bu qədər inkişaf edəcək. Ona görə də yeraltı infrastruktur düşünülməyib.

Osman Gündüz:“Bakinternet və Aztelekom dərhal özəlləşməlidir”

AİF prezidenti Osman Gündüz isə bu məsələdə dövlət provayderlərini suçlayıb: 2008-ci ilin yanvarında 1 meqabit internet 700 dollar idi, indi isə 20 manatdır. 2008-ə qədər 50-60 min geniş zolaqlı internet istifadəçisi var idisə, indi bu rəqəm 2 dəfə artıb. Amma provayderlər çəkidə internet istifadəçilərini aldadır. 1 meqabit verməyin əvəzinə ondan qat-qat aşağı internet verir. Böyük əksəriyyəti bunu edir. Hətda dövlətin provayderi də aldadır. Bakinternet son 3-4 ayda geniş zolaqda internet istifadəçilərinin sayı 5 minə qədər artıb. Bakinternetin istifadəcilərinin sayı artıb, ancaq onun DELTA-dan aldığı internetin həcmi artmayıb. Bakinternet vətəndaşların pulu ilə kommersiya ilə məşğul olur. Dövlətin provayderi rəqabəti pozur. Bunun həlli yalnız budur. Bakinternet və Aztelekom dərhal özəlləşməlidir. Çünki Bakinternet bazarın 20%-ni, regionlarda isə Aztelekom idarə edir. Rabitə nazirliyinin də kommersiya sahələri əlində alınmalıdır. Gürcüstanda, Ukraynada belədir. Azərbaycanda isə hamısı bir qurumun əlindədir.

Delta Telekom şirkətinin texniki drektoru Rahib Ələkbərli isə qiymətlərin endiriməsində Delta telekomun rolu haqda danışıb: “Qiymetlərin enmesində Deltanın böyük rolu var. Qiymətlər 2009-cu ilin sentyabrinda 2 dəfə azaldılaraq 275 azn olub. Ardınca yanvarda bu 110 azn, 2010 sentyabrında isə 50 manata endirilib.İnternetin keyfiyyətsiz olması maqistral xətlərlə bağlı deyil. Burda provayderlərin texniki problemləri böyük rol oynayır. Baza stansiyalar azlıq təşkil etdiyi üçün, provayderlər keyfiyyətdə yüksək rol oynaya bilmirlər.

Verilişin ikinci hissəsinin mövzusu “Seçkilər internet mediada” olub.

Bloqçu Əli Novruzov bu haqda deyib: “Bu seçkilərdə internetdən çox geniş istifadə olunur. Həm hökümət, həm də müxalifət tərəfindən. Onu da deyim, internetdə gördüyümüz ab-havanı televiziyada, radio, qəzetdə görmürük. Televiziyada namizədlərin çıxışları olur ardınca həmin çıxışlar internetdə çox böyük əks-səda doğurur”.

Osman Gündüz də internet təbliğatın effektiv olduğunu bildirib: “Obamanın təbliğatında Tvitter müstəsna rol oynamışdı. İndi Azərbaycanda hansı namizəd internetdən bəhrələnirsə, onun şansı bir o qədər də yüksəkdir. Rahid Ələkbərli isə bu fikirlə razılaşmayıb: “Mən bir seçici olaraq heç vaxt namizədimi internet üzərindən seçməzdim. Çünki virtuallıqda ideal insan görkəmi yaratmaq olar. Ammma bilmirik o insanın real həyatda nə iş görür”.

Sonda Osman müəllim prezidentin saytı haqda məlumat verib və belə bir saytın olmasını təqdirəlayiq hal kimi qiymətləndirib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə