Xeberler.az bildirir ki, bir müddət öncə, Avirtel provayderinin Abşeron Telekommunikasiya Qovşağına qarşı iddiası üzrə məhkəməsi təxirə salınaraq, məhkəmənin baş tutacağı tarix 12 noyabrda təyin edilib.
Məhkəmənin davam etdiyi bir müddətdə Abşeron Telekommunikasiya Qovşağı Sulutəpə yaşayış massivini və bu rayondakı digər əraziləri internetsiz qoyub.
Bu barədə Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz açıqlama verib:
“Rəis özəllərə qarşı əsl “innovativ müharibə” elan edib. Provayderlərlə Qovşaq arasında məhkəmə çəkişməsinin getdiyi bir zamanda, Mikayıl Babayev bütöv bir ərazini, Sulutəpə yaşayış massivini və bu rayondakı digər əraziləri internetsiz qoymaqdan çəkinmir. Özəl provayderlərin internet xidməti üçün zəruri olan Qovşaqdakı bütün avadanlıqlarını çəkinmədən söndürür. İnsanların razılığı və hətta xəbəri olmadan onları özəl provayderlərdən çıxararaq Aztelekom şəbəkəsinə keçirirlər. Belə avam edərsə Xaçmaz rayonundan sonra burada da yalnız Aztelekom dövlət provayderi fəaliyyət göstərə biləcək“.
Osman Gündüz bildirib ki, sektorun tənzimləyici qurumu Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir. Aztelekom da Nazirliyin qurumudur. Deməli buradan belə nəticəyə gəlmək olar ki, maraqlı tərəf elə tənzimləyici qurumdur. Buna görə də özəl provayderlər məhkəməyə və Aniinhisar Dövlət Xidmətinə müraciət ediblər. Aniinhisar qurum Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi üçün icrası məcburi qərar qəbul edib. Lakin Nazirlik hələlik qərarın icrasına tələsmir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri