Previous Next
Bağla

Özəlləşdirmə portalından 200 minə yaxın vətəndaş istifadə edib

13-04-2017 13:15
Özəlləşdirmə portalından 200 minə yaxın vətəndaş istifadə edib

Əmlak Məsələləri Dövlət Komitəsinin özəlləşdirmə portalı fəaliyyət göstəriq. Məqsəd ölkədə özəlləşdirmə sahəsində həyata keçirilən işlərin işıqlandırılması, bu sahədə şəffaflığın və çevikliyin təmin edilmısi, əmlaklara  investorların cəlb edilməsidir.

Komitədən Xeberler.az-a verilən məlumata görə, yarandığı vaxtdan portala maraq artmaqdadır. Bunu statistik məlumatlarda təsdiqləyir. Təkcə bu il ərzində portaldan 200 minə yaxın vətəndaş istifadə edib. Ümumilkdə isə ziyarətçilərin sayı 500 minə yaxınlaşıb.

Ziyarətçilər investisiya müsabiqəsi bölməsinə daxil olmaqla sənaye, aqrar, inşaat, səhiyyə, telekomnikasiya, nəqliyyat və digər sahələr haqqında məlumat ala bilərlər. Məlumatda hər bir sahəyə uyğun əmlaklar, onların adı, müəssisənin fəaliyyət sahəsi, onun imkanları, rəqibləri qeyd olunub. Bu isə investor üçün bazarı öyrənmək, yaxşı gəlir əldə etmək baxımından əlverişli şərait yaradır.  Eyni zamanda investorlar  Azərbaycana sərmayə yatırmaq üçün mühüm imkanlara malik olduğunu “Niyə Azərbaycan” bölməsinə daxil olmaqla öyrənə bilərlər.  

Statistikaya görə, istifadəçilərin ən çox oxuduğu  və ziyarət etdiyi  bölmə məhz hərraclar bölməsidir. Ölkə vətəndaşları ilə yanaşı Türkiyə, Rusiya, ABŞ, Fransadan da portalı izləyənlərin sayı kifayət qədərdir. Əcnəbi investorların portala marağının artması isə Azərbayacanda investisiya mühitinin daha da sağlaşmasına, xarici bazarlara çıxış imkanlarının artmasına, ixrac potensialımızın yüksəlməsinə şərait yaradır. Eyni zamanda bu ölkəmizdə yeni iqtisadi sahələrin formalaşmasına  gətirib çıxarır.

Qeyd edilib ki, respublikanın müxtəlif şəhər və rayonlarında da müxtəlif növ dövlət əmlakları özəlləşdirilir. Prosesin gedişatını onlayn izləmək olur. Özəlləşdirilən əmlaklar biznes və gəlir  məqsədləri üçün istifadə edilir. Özəlləşdiriliən əmlaklar  bölgələrdə yeni iş yerlərinin açılma imkanını yaradır. Bu isə orada yaşayan əhalinin yaşayış səviyyəsinə müsbət təsir edən amillərdəndir.

Ziyarətçilər portaldan istifadə edərkən özəlləşdirməyə açıq elan edilən müəssisələr haqqında ətraflı məlumat əldə edə bilir. Beləki, hərraca çıxarılan müəssisənin adı, ünvanı, nizamnamə kapitalı, ilkin start qiyməti kimi informasiyalar portalda əks olunub. Prosesdə isə səhmdar cəmiyyəti, kiçik dövlət müəssisəsi, qeyri-yaşayış sahəsi və nəqliyyat vasitəsi kimi əmlaklar özəlləşdirilir.

Hərraca çıxarılan əmlaklar haqqında məlumat “Hərraclar” bölməsində yerləşdirilir. Proses yekunlaşdıqdan sonra nəticələr portalın Nəticələr” bölməsində əks olunur. Bundan başqa ziyarətçilər keçiriləcək hərraclar haqqında məlumatları “Son xəbərlər” bölməsindən əldə edə bilərlər. Hərracların video yazıları portalın “şəkillər və video çarxlar” bölməsində yerləşdirilir. Eyni zamanda prosesin görüntülərinə baxmaq istəyən şəxsin həmin bölməyə daxil olması  kifayətdir.

Portalda həmçinin “onlayn məsləhət pəncərəsi” də fəaliyyət göstərir. Məqsəd isə özəlləşmə prosesində iştirak edən və potensial investorlar üçün yarana biləcək sualların daha çevik və dolğun şəkildə cavablandırılmasıdır. “Onlayn məsləhət pəncərəsi” vasitəsilə hərracların vaxtı, çıxarılan əmlaklar, nəticələr və.s barədə suallar cavablandırılır.

İstifadəçilər həftə içi 5 gün saat 9:00-dan 18:00-a qədər nahar fasiləsi və bayram günləri istisna olmaqla portal vasitəsilə onlayn məsləhət ala bilər. Qeyri iş günlərində ünvanlanan suallar isə növbəti iş günündə cavablandırılır.

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Özəlləşdirilmə portalı-na baxış sayı 2 milyonu ötüb

28-12-2018

Özəlləşdirmə portalına 1 milyondan çox baxış olub

01-11-2017

Mənzili tərk etmədən əmlak sahibi olmaq imkanı

02-10-2017

Dekabrın ilk hərracında investorlar hansı dövlət əmlaklarını özəlləşdirə biləcək

05-11-2018

Onlayn hərrac keçiriləcək

25-06-2018

Hərracların elektronlaşdırılması özəlləşdirmədə operativliyi artırır

21-01-2019

Elektron hərrac sistemi istifadəyə verilib

03-07-2018

25 dekabr hərracına çıxarılacaq dövlət əmlakları: siyahı

26-11-2018

170 dövlət əmlakı üzrə seçim imkanı

24-09-2018

Elektron hərrac və onlayn sifariş investorların marağını artırır

07-08-2019

Hərraca 92 dövlət əmlakı çıxarıldı

01-04-2019

16 iyul hərracı: investorların 96 dövlət əmlakı üzrə seçim imkanı var

18-06-2019

Növbəti hərraca 99 dövlət əmlakı çıxarılıb

18-02-2019

Özəlləşdirmədə onlayn iştirak: 51 dövlət əmlakı hərraca çıxarıldı

11-02-2019

Olduğun məkandan hərracda iştirak: onlayn sifariş və elektron hərrac

01-05-2019

Dövlət əmlakının ilkin qiyməti 6 dəfəyə yaxın yüksəldi

27-11-2018

23 aprel hərracında özəlləşdirilən dövlət əmlakları

24-04-2019

12 fevral hərracı yeni ünvanda - Əmlak Xidmətləri Məkanında

14-01-2019

2 aprel hərracında hansı dövlət əmlakları özəlləşdirildi?

02-04-2019

İnvestorlar 11 dekabr hərracında 83 dövlət əmlakı üzrə seçim edə biləcək

12-11-2018

Özəlləşdirmə hərraclarına 330-a yaxın dövlət əmlakı çıxarılıb

28-02-2019

10 dövlət əmlakına 17 sifariş verildi

04-09-2018

Növbəti elektron hərrac keçiriləcək

16-10-2017

Aprelin ilk hərracı: 85 dövlət əmlakı özəlləşməyə çıxarıldı

04-03-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə