Previous Next
Bağla

Özəlləşdirilmə portalı-na baxış sayı 2 milyonu ötüb

28-12-2018 11:00
Özəlləşdirilmə portalı-na baxış sayı 2 milyonu ötüb

Özəlləşdirilmə prosesinin daha da sürətləndirilməsi, prosesə investorların daha rahat qatılması üçün Özəlləşdirilmə portalı əlverişli platformadır. Bununla Azərbaycanda özəlləşəcək bütün dövlət əmlakları vahid məkanda cəmləşib və həmin obyektləri bir virtual məkandan əldə etmək mümkündür. Sayt özəlləşdirmə prosesində çevikliyin, şəffaflığın, optimallığın təmin edilməsində, iri müəssisələrin özəlləşdirilməsində, büdcə daxilolmalarının artırılmasında bir növ dəstək mexanizmidir.

Xeberler.az  bildirir ki, portalın fəaliyyəti əmlak sahibi olmaq üçün lazım olan prosedurları olduqca sadələşdirib. Yeni yanaşmaların tətbiq edildiyi portala daxil olmaqla bütün prosesləri elektron üsullarla həyata keçirmək mümkündür. Belə ki, investor sayt vasitəsilə elektron qaydada seçdiyi əmlaka sifariş verə bilər. Qeydiyyatdan keçmiş hər bir sifarişçi hərrac günü onlayn qaydada aktiv hərraca qatılmaq imkanı qazanır. Başqa sözlə sayt vasitəsilə investor heç bir yerə getmədən internet vasitəsilə onlayn rejimdə hərracda iştirak edə bilir. Portal sayəsində keçirilən hərracları canlı izləmək də mümkündür. Bu imkanlar nəticəsində sayta baxış sayı 2 milyonu ötüb.

Qeyd edilməlidir ki, özəlləşməyə çıxarılan əmlaklar həm Bakı və onun ətraf rayonlarında, həm də digər bölgələrimizdə yerləşir. Həmin dövlət əmlaklarının elanları bir ay öncədən portalda yerləşdirilir. Bu əmlaklara sifariş vermədən öncə onlar haqqında geniş məlumat əldə etmək olur. Belə ki, investorlar sifariş verəcəyi əmlakın hərraca çıxarılan ilkin start qiyməti, ümumi faydalı sahəsi, ödəyəcəyi 10% behin məbləği, yerləşdiyi ünvan və digər məlumatlarla tanış ola bilər. Müəssisə haqqında geniş informasiya əldə edən investor həmin əmlakın hərracında iştirak etməyə qərar verirsə “Sifariş ver” düyməsinə keçməsi lazımdır. Daha sonra yeni açılan pəncərədə istifadəçi E-Hökumət portalına giriş vasitələrindən birini seçməklə
xidmətə daxil olur. Portalda qeydiyyatdan keçmək, sifariş vermək, hərracda onlayn iştirak etmək bir sözlə bütün proseslər elektron üsullarla həyata keçirilir.

Özəlləşdirilməyə çıxarılan iri müəssisələr də investorlar üçün gələcək fəaliyyətində yeni imkanlar açır. Portalda həmin müəssisələrin əsas istehsal sahələri və onların qısa xarakteristikası, investisiya qoyuluşunda üstün cəhətlər, müəssisənin imkanları, bazarda mövcud olan rəqiblər və onların xüsusi çəkisi haqqında ətraflı məlumatlar yerləşdirilib. Bu isə investora gələcək fəaliyyətini planlaşdırmağa, bazarı ətraflı təhlil etməyə, mövcud riskləri analiz etməyə imkan verir.

Portalda yerləşdirilən səhmdar cəmiyyətlərin səhm paketləri, nizamnamə kapitalı, fəaliyyət sahəsi haqqında da təfərrüatlı məlumatlar əksini tapır. Səhmdar cəmiyyətlərin bəziləri investisiya müsabiqələri vasitəsilə özəlləşdirilir. Həmin müsabiqə haqqında məlumatlar bir ay öncədən portalın müvafiq bölməsində yerləşdirilir. Saytda müsabiqəyə çıxarılan müəssisələr fəaliyyət sahələri üzrə müxtəlif kateqoriyalara bölünüb. İnvetsorlar sənaye, aqrar sahə, inşaat, xidmət, səhiyyə, telekommunikasiya, nəqliyyat sahələrinə aid olan müəssisələrin siyahısı ilə tanış ola bilər. Müsabiqənin keçirilməsində məqsəd isə qeyri-neft sektoruna aid müəssisələrin özəlləşdirilməsi və özəlləşdirmədən sonra istehsal proseslərin genişləndirilməsidir. Kiçik dövlət müəssisəsi və obyektləri də məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye və digər sahələrə aid olmaqla investorlar üçün seçim imkanını artırır. Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdirilir. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılır. 

İstifadəçilər portalda özəlləşdirməyə çıxarılan nəqliyyat vasitələrinin vizual görüntüsü, buraxılış ili, ilkin start qiyməti ilə tanış ola bilir. Nəqliyyat vasitələrinin markaları isə müxtəlif olur. Özəlləşdirməyə hər növ minik avtomobilləri, yük maşını, kənd təsərrüfatı texnikası çıxarılır. Saytda yerləşdirilən “Özəlləşdirmə gündəliyi 2019” başlıqlı bölməyə daxil olmaqla da özəlləşdirməyə yeni açılan dövlət müəssisə və obyektləri, investisiya müsabiqələri, səhmdar cəmiyyətləri ilə ətraflı tanış olmaq mümkündür.

Portalda həmçinin “onlayn məsləhət pəncərəsi” də fəaliyyət göstərir. Məqsəd isə özəlləşmə prosesində iştirak edən və potensial investorlar üçün yarana biləcək sualların daha çevik və dolğun şəkildə cavablandırılmasıdır. “Onlayn məsləhət pəncərəsi” vasitəsilə hərracların vaxtı, çıxarılan əmlaklar, nəticələr və.s barədə suallar cavablandırılır. Ziyarətçilər həftə içi 5 gün saat 9:00-dan 18:00-a qədər nahar fasiləsi və bayram günləri istisna olmaqla portal vasitəsilə onlayn məsləhət ala bilər. Qeyri-iş günlərində ünvanlanan suallar isə növbəti iş günündə cavablandırılır.

Qeyd edilməlidir ki, ölkə vətəndaşları ilə yanaşı Türkiyə, Rusiya, ABŞ, Almaniya, Gürcüstan, Polşadan portalı izləyənlərin sayı kifayət qədərdir. Əcnəbi investorların portala marağının artması isə Azərbaycanda özəlləşmə prosesinində aktiv dinamikanın müşahidə edilməsinə, investisiya mühitinin daha da sağlamlaşmasına, xarici bazarlara çıxış imkanlarının artmasına, ixrac potensialımızın yüksəlməsinə şərait yaradır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Özəlləşdirmə portalından 200 minə yaxın vətəndaş istifadə edib

13-04-2017

Mənzili tərk etmədən əmlak sahibi olmaq imkanı

02-10-2017

16 iyul hərracı: investorların 96 dövlət əmlakı üzrə seçim imkanı var

18-06-2019

Dekabrın ilk hərracında investorlar hansı dövlət əmlaklarını özəlləşdirə biləcək

05-11-2018

Növbəti özəlləşdirmə hərracı: 62 dövlət əmlakı üzrə seçim imkanı

18-03-2019

Olduğun məkandan hərracda iştirak: onlayn sifariş və elektron hərrac

01-05-2019

25 dekabr hərracına çıxarılacaq dövlət əmlakları: siyahı

26-11-2018

Mayın ilk hərracı: özəlləşməyə 85 dövlət əmlakı çıxarıldı

09-04-2019

Hərracların elektronlaşdırılması özəlləşdirmədə operativliyi artırır

21-01-2019

Elektron hərrac və onlayn sifariş investorların marağını artırır

07-08-2019

Növbəti hərraca 99 dövlət əmlakı çıxarılıb

18-02-2019

2019-cu ilin ilk hərracı: 147 dövlət əmlakı özəlləşməyə çıxarıldı

03-12-2018

12 fevral hərracı yeni ünvanda - Əmlak Xidmətləri Məkanında

14-01-2019

İnvestorlar 11 dekabr hərracında 83 dövlət əmlakı üzrə seçim edə biləcək

12-11-2018

Özəlləşdirmədə onlayn iştirak: 51 dövlət əmlakı hərraca çıxarıldı

11-02-2019

10 dövlət əmlakına 49 sifariş verildi

13-11-2018

170 dövlət əmlakı üzrə seçim imkanı

24-09-2018

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirildi

11-12-2018

Hərraca 92 dövlət əmlakı çıxarıldı

01-04-2019

Bu dəfə özəlləşməyə 58 dövlət əmlakı çıxarıldı

15-04-2019

Özəlləşdirmə hərraclarına 330-a yaxın dövlət əmlakı çıxarılıb

28-02-2019

Hərracda növbəti iştirak təklifi: 98 dövlət əmlakı özəlləşdirməyə çıxarıldı

20-05-2019

23 aprel hərracında özəlləşdirilən dövlət əmlakları

24-04-2019

Səhmdar cəmiyyəti özəlləşdirildi

27-06-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə