“Qlobal İnnovasiya İndeksi - 2023” hesabatı qurumlarla müzakirə olunub

19-10-2023 / 10:43

Qlobal İnnovasiya İndeksinin (Qİİ) 2023-cü il hesabatında indeksin aidiyyəti indikatorları üzrə Azərbaycanın mövqeyinə dair mövcud vəziyyətin müzakirəsi və alt-indikatorların daha da yaxşılaşdırılması məqsədilə Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Əmək bazarı”, "Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı”, “Effektiv idarəetmə və makroiqtisadi göstəricilər”, “Elektrik təchizatı şəbəkələrinə qoşulma” və digər işçi qrupların nümayəndələrinin birgə iştirakı ilə iclas keçirilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən AZƏRTAC-a bildirilib ki, iclasda Əmək və Əhalinin Sosial Müdafiəsi, Energetika, Ekologiya və Təbii Sərvətlər, Ədliyyə nazirliklərinin və Mərkəzi Bankın məsul olduğu alt-indikatorlar üzrə ölkənin 2023-cü ilin Hesabatında mövqeyi, əvvəlki illə müqayisəli təhlili, alt-indikatorların yaxşılaşdırılması istiqamətində görülmüş tədbirlər, eləcə də növbəti illərdə Qİİ üzrə ölkənin reytinqinin daha da yüksəlməsi üçün atılacaq addımlar müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

Eyni zamanda, iclasda müzakirə edilən müvafiq alt-indikatorlar üzrə bir sıra tədbirlərin müvafiq İşçi qrupların 2024-cü ilin Fəaliyyət Planı layihəsinə də daxil edilməsi qərara alınıb.


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə