Xeberler.az “İnformasiya texnologiyaları (İT) sahəsində vakansiya” adlı yeni layihəyə start verib.
Layihənin məqsədi, İT sahəsində iş və işçi axtaranlara yardım etmək və vakansiya ilə bağlı məlumatları bu sahədə maraqıı olan oxucularımızın diqqətinə çatdırmaqdır.
İT sahəsində iş axtaranlar bu Layihə çərçivəsində ixtisas və peşələrinə uyğun olan iş yerləri haqqında məlumat əldə edə və həmin iş yerlərinə müraciət edə biləcəklər.
Xeberler.az bu həftə ərzində İT sahəsində olan vakansiya yerlərini təqdim edir:
PASHA Sığorta şirkəti ali texniki təhsilli, 3-5 il iş təcrübəsi olan, yeni proqram təminatlarının yaradılması, mövcud proqram təminatlarının digər proqram təminatları ilə inteqrasiyası prosesində mütəxəssis olan proqramçı vəzifəsi üzrə vakansiya elan edir. Şirkət Azərbaycan və rus dillərində sərbəst danışan, ingilis dilində baza bilikləri olan şəxslərə üstünlük verəcək.
CV-nizi [email protected] elektron ünvanına göndərə bilərsiniz.
BOKT Embafinans MMC Ali texniki təhsilli, 5 il iş təcrübəsi olan “İnformasiya Texnologiyaları şöbəsinin müdiri” vəzifəsinə vakansiya elan edir. Microsoft SERVER 2003/2008/2012 (domain controller), Mail server(istənilən) və Kerio Connect bilikləri.
CV-nizi [email protected] elektron ünvanına göndərə bilərsiniz.
Proqram təminatı keyfiyyətinə nəzarət şöbəsinin mühəndisi vəzifəsinə vakansiya elan olunur. Namizədə ali texniki təhsilli, 1 il iş təcrübəs, PL/SQL və Java proqramlaşdırma dilləri üzrə biliklər tələb olunur. CV-lərini şəkil ilə [email protected] elektron ünvanına göndərə bilərlər.
“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Baş Ofisi üçün şəbəkə administratoru vəzifəsinə işçi axtarışı elan edir.
Namizədin ali təhsili, minimum 2 illik iş təcrübəsi, TCP/IP, IP Sec, VPN, DNS, DHCP sahəsində dərin biliyə malik olması, Şəbəkə təhlükəsizliyi və audit; şəbəkə memarlığı, konfiqurasiya və performansın idarə olunması sahəsində təcrübəsi olmalıdır. Ən az bir Cisco sertifikatı, Azərbaycan və İngilis dillərini səlis bilmək tələb olunur. [email protected], elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№006/15) qeyd etməklə göndərə bilər və yaxud bu ünvana - Bakı şəh, C.Cabbarlı küç., 44, Caspian Plaza 3-cü korpus, 8-ci mərtəbəyə təqdim edə bilərsiniz.
SİNAM şirkəti ali təhsilli, minumum 1 il iş təcrübəsi, 18- 35 yaşlı İT mütəxəssisi üzrə vakansiya elan edir. [email protected] ünvanı ilə əlaqə saxlaya bilərsiniz. Maaş 500 AZN-dir.
http://www.azerjobs.com/VacancyDetail.aspx?ID=35295
Expressbank bank ali təhsilli, minimum 2il iş və Java EE , Java SE, SQL üzrə təcrübəsi olan WEB proqramlaşdırma üzrə mütəxəssis axtarır. “Expressbank” ASC -nin CV formasını, yuxarıda göstərilən tələblərə uyğun olaraq, doldurub göndərərsiniz. CV-ni göndərərkən başlıq hissəsində (subject) vakant olan vəzifəni qeyd etməyiniz xahiş olunur, əks halda CV-lər qəbul edilməyəcək.
Əlaqə Email: [email protected]
http://www.azerjobs.com/VacancyDetail.aspx?ID=35244
"Flexi Credi" MMC 22 – 30 yaş, 1 ildən 3 ilə qədər iş təcrübəsi olan HTML və Java Script-i bilən proqramist vakansiyasını elan edir. Maaş 700 - 800 AZN-dir.
Bu ünvanla- [email protected] əlaqə saxlayarsınız.
CV formalarınızı mail adresinə göndərərkən başlıqda mütləq "Proqramçı" sözünü qeyd edin.
http://www.azerjobs.com/VacancyDetail.aspx?ID=35186
Radius Plus 22 – 23 yaşında ali təhsilli 1 ildən 3 ilə qədər iş təcrübəsi olan İT mütəxəssisi üzrə vakansiya elan edir. Namizəd Lokal şəbəkələrin quraşdırılması və yaranan problemlərin aradan qaldıra bilən , sayt yaratmağı bacaran insanlara üstünlük verilir. Maaş: 400-500. Uyğun namizədlər mövzu bölməsində "İT mütəxəssis" yazıb, CV-nizi [email protected] emailinə göndərməyiniz xahiş olunur (Şəkilsiz Cv-yə baxılmayacaq)
http://www.azerjobs.com/VacancyDetail.aspx?ID=35130
MilliKart şirkəti ali təhsilli, kompüter biliyi- Java proqramlaşdırma dili üzrə bilik və minimum 2 il iş təcrübəsi olan, PL/SQL sorğu dili ilə işləmək bacarığı olan proqramçı axtarır. Yeni veb layihələrin yaradılması, mövcud layihələrə əlavələrin edilməsi və təkmilləşdirilməsi, yaranan problemlərin analizi və aradan qaldırılması, yazdığı kodu sənədləşdirmək işində məsuliyyətli olan şəxslər CV-lərini [email protected] ünvanına göndərsinlər. Əmək haqqı 800 AZN-dir.
http://www.azerjobs.com/VacancyDetail.aspx?ID=34398
Designer 3D dizayn layihələri, çap üçün şəkillər hazırlayan, Proqram 3D bilən, MS Office, Photoshop bacaran şəxslər tələb olunur. Əmək haqqı: 400 AZN
Telefon: 070 594 00 05; 012 480 40 17
E-mail: [email protected]
http://translate.google.com/translate?client=tmpg&hl=en&langpair=ru|az&u=http%3A//pozitiv.ws/
PayPoint MMC 25 yaşdan yuxarı ali və orta təhsilli, 1 il iş təcrübəsi olan, Yüksək kompüter bilikləri, sayt admini olaraq ən azı 2 il təcrübəsi olan kompüter proqramları üzrə bilik və təcrübəli Rus dilini mükəmməl bilən sayt adminstratoru axtarılır.
Telefon: (077) 455-00-18 (012) 597-15-78
E-mail: [email protected]
http://www.staj.az/az/default/elan/2623/
Sevinc Çəltikova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri