Previous Next
Bağla

Rabitə qurumlarının yeni rəhbərləri kollegiyanın tərkibinə niyə daxil edilməyib?

18-08-2016 11:33
Rabitə qurumlarının yeni rəhbərləri kollegiyanın tərkibinə niyə daxil edilməyib?

Məlumat verdiyimiz kimi, bir müddət öncə Nazirlər Kabineti Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin kollegiyasının tərkibini təsdiqlədi.

Sənədə əsasən, nazirliyin kollegiyasının üzvlərinin sayı 7 nəfərdən ibarət müəyyənləşdirilib və aşağdakı tərkibdə təsdiq edilib:

Kollegiyanın sədri

Quluzadə Ramin Namiq oğlu (rabitə və yüksək texnologiyalar naziri)

Kollegiyanın üzvləri:

Abdullayev Əli İzzət oğlu (rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini)

Məmmədov İltimas Əhməd oğlu (rabitə və yüksək texnologiyalar nazirinin müavini)

Vəlizadə Elmir Tofiq oğlu (rabitə və yüksək texnologiyalar nazirinin müavini)

Məmmədov Rövşən Həmid oğlu (Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri)

Məmmədov Tahir Nadir oğlu (Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparatının daxili nəzarət və audit şöbəsinin müdiri)

Əsədov Elnar Tahir oğlu (Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin direktoru).

Göründüyü kimi, Nazirlikdən kənar qurumlardan yalnız MHM rəhbəri burada qeyd edilib.

Qərar iyulun 19-da qüvvəyə  minib.

Nazirlər Kabinetinin bu qərarında diqqəti bəzi məqamlar çəkdi.

Belə ki, əvvəlki illərdə  kollegiyaların tərkibinə bir qayda olaraq  Aztelekom,  Bakı Telefon Rabitəsi  İB-nin və Azərpoçt-un baş direktorları da daxil edilirdi. Bu qayda Nazirlikdə uzun müddət qorunub saxlanılmışdı.

Lakin bu il həmin qurumların adı siyahıda qeyd edilməyib.

Xeberler.az olaraq məsələ ilə maraqlandıq.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz  hesab edir ki, bu, dövlətin adı çəkilən qurumları özəlləşdirmək istəməsi ilə də bağlı ola  bilər:

“Məlum olduğu kimi, Prezident bir sıra  dövlət müəssisələrinin özəlləşdirməsi ilə bağlı qərar qəbul edib. Son dövrlərdə Prezident çıxışlarında da bu məsələnin vacibliyini qeyd edir. Bildiyim qədər ölkə başçısının tapşırığı ilə Prezidentin İqtisadi məsələlər üzrə Köməkçisi Xidmətində iqtisadi islahatlarla bağlı, həmçinin də İKT sektorunda effektiv idarəetmənin təşkili ilə bağlı, özəlləşdirilmə ilə bağlı təkliflər paketi hazırlanır. Güman ki, yaxın perspektivdə iri rabitə müəssisələrinin özəlləşdirilməsi nəzərdə tutulur və bu baxımdan da  adı çəkilən qurumların rəhbərlərinin yeni kollegiyada təmsil olunması məqsədəuyğun hesab olunmayıb.”

Osman Gündüz məsələ ilə bağlı digər ehtimalı da diqqətə çatırıb:

“Məlum olduğu kimi, “MTN işi” ilə bağlı hadisələrdən sonra  RYTN-də bir sıra qanun pozuntularının olduğu bildirilmiş və bu işlə bağlı  Aztelekom, BTRİB və Azərpoçt-un rəhbərləri həbs edilib. Onların yerinə təyin olunan şəxslərin isə bu vəzifələrə tam olaraq təsdiq edilmədiyi, onlara yalnız bu vəzifələrin icrasının tapşırıldığı  bildirilir. Ola bilər ki bu faktorlar da onların kollegiyada təmsilçiliyinə imkan verməyib". 

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Hökumət RYTN-in kollegiyasının tərkibini təsdiqləyib-Siyahı

22-07-2016

Nazirliyin kollegiyasının yeni tərkibi təsdiqlənib

16-04-2018

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin kollegiyasının yeni tərkibi təsdiq edilib

15-10-2018

İltimas Məmmədovun vəzifədən azad edilməsi təsdiqləndi

05-02-2018

Prezident Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləyib - Siyahı

21-04-2018

Prezident Ramin Quluzadəyə yeni müavin təyin etdi

21-04-2017

Nazirlikdə yeni təyinat olub

02-02-2018

RYTN-nə yeni nazir təyin olundu-Sərəncam

15-01-2016

Ramin Quluzadə nazir vəzifəsindən azad edildi

26-01-2021

Nazirliyin bəzi dövlət qulluqçuları səmərəli fəaliyyətlərinə görə təltif ediliblər

23-06-2020

Prezident rabitə və yüksək texnologiyalar sahəsinin işçilərini təltif edib - Siyahı

06-12-2017

Ramin Quluzadə nazir vəzifəsini müvəqqəti icra edəcək

25-11-2015

Azərbaycanda yeni nazir müavini təyin edilbib

29-03-2020

Nazir vəzifəsindən azad edildi

05-03-2020

Rəşad Nəbiyev nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib

26-01-2021

Prezidentin yeni fərmanına əsasən nazirliyin strtukturu + 3 nazir müavini

20-06-2014

RYTN-in səlahiyyətlərini müvəqqəti olaraq İltimas Məmmədov icra edəcək

13-11-2015

Nazirliyin daha iki vəzifəli şəxsi işdən çıxarıldı

18-01-2018

Elmir Vəlizadə vəzifəsindən azad edilib

15-06-2021

Əli Abdullayev Rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin olunub

24-06-2016

“Nöqsanlara yol verənlər işindən uzaqlaşdırılacaq”

18-12-2015

Naxçıvanın rabitə və yeni texnologiyalar naziri işdən çıxarılıb, nazir əvəzi təyin olunub

08-09-2023

"Azərkosmos"un müvəqqəti rəhbəri nazir müavini oldu

15-06-2021

Azərbaycanın yeni hökumətinə bu nazirlər və komitə sədrləri təyin olunub-Siyahı

23-04-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə