“Rəqəmsal məktəb” valideyn–məktəb əməkdaşlığında yeni imkanlar yaradır

02-02-2026 / 14:28

Valideynlər “Rəqəmsal məktəb” platformasının (https://reqemsal.edu.az/) funksiyalarından istifadə etmək üçün bir neçə sadə mərhələni yerinə yetirərək qeydiyyatdan keçirlər. Qeydiyyat zamanı valideyn öz şəxsiyyətini və övladı ilə bağlı məlumatları təsdiqləyir ki, bu da platformadan təhlükəsiz və fərdi istifadəyə zəmanət verir.

Xeberler.az məlumat verir ki, qeydiyyat tamamlandıqdan sonra valideyn övladı üçün müəyyən etdiyi fərdi giriş şifrəsi vasitəsilə onun təhsil göstəricilərini, davamiyyətini və məktəblə bağlı məlumatlarını rahat və təhlükəsiz şəkildə izləyə bilir.

Bildirilir ki, təhsil prosesində şəffaflığın artırılması və valideyn–məktəb əməkdaşlığının gücləndirilməsi məqsədilə yaradılmış “Rəqəmsal məktəb” platforması valideynlərə övladlarının təhsil göstəricilərini real vaxt rejimində izləmək, məktəb həyatı ilə bağlı məlumatları vaxtında əldə etmək və rəy bildirmək imkanı yaradır.

Platforma həmçinin valideynlərin məktəblə daha çevik kommunikasiya qurmasına şərait yaradır və təhsil prosesində onların aktiv iştirakını təşviq edir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə