"RoboCode” robotik kodlama düşərgəsinə start verilib

03-03-2025 / 16:47
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin, “Bilişim Vadisi”nin və “SAHA Robotics” şirkətinin birgə təşkilatçılığı ilə “RoboCode” robotik kodlama düşərgəsinə start verilib.
 
Xeberler.az bildirir ki, bir ay davam edəcək düşərgənin onlayn formatda keçirilən açılış tədbirində “İnnovasiyalar Mərkəzi”nin "INNOLAND" şöbəsinin müdiri Nicat Əmiraslanov, “Bilişim Vadisi”nin ekosistemin inkişafı üzrə baş mütəxəssisi Senanur Tellioğlu, ekosistem inkişafı eksperti Yiğithan Manqır, startap mentoru Serhat Duyar, “SAHA Robotics” şirkətinin robototexnika üzrə proqram təminatı mühəndisi Baha Dursun və digər qonaqlar iştirak ediblər.
 
Əsas məqsəd avtonom sistemlərə, robototexnika və avtomatlaşdırma texnologiyalarına çıxışı asanlaşdırmaq, bu sahədə ixtisaslaşaraq karyera qurmaq istəyən gəncləri qısa müddətdə əhəmiyyətli vasitə olan “ROS” ekosisteminə aid bilik və bacarıqlarla təmin etməkdir. Eyni zamanda müvafiq istiqamətdə innovativ həlləri təşviq etməklə iştirakçılara bu sahələrdə layihələrini inkişaf etdirməyə kömək etmək prioritetdir.
 
Düşərgədə 321 müraciətçidən kriteriyalara uyğun olaraq seçilmiş 75 nəfər iştirakçı müasir robototexnika və avtomatlaşdırma texnologiyaları sahəsində geniş biliklər əldə edəcək, yerli və xarici peşəkarlar tərəfindən təşkil olunacaq təlimlərdə təcrübi bilikləri mənimsəməklə karyeralarını genişləndirmək imkanı qazanacaqlar.
 
1-ci “RoboCode” robotik kodlama düşərgəsi 2024-cü ildə keçirilib.Düşərgə müddətində qeydiyyatdan keçən 448 müraciətçidən kriteriyalara uyğun olaraq seçilmiş 90 nəfərinə “ROS'un əsasları” , “Robotların simulyasiya edilməsi”, “Robot hərəkət sistemləri” və s. mövzularda onlayn və fiziki təlimlər keçirilib. Formalaşan 9 komandadan final mərhələsinə keçən 3 komandanın hazırladığı prototiplər münsiflər heyəti tərəfindən qiymətləndirilib.Qaliblər həmçinin “Bilişim Vadisi” kampusunda və “SAHA Robotics” şirkətində təcrübə keçmək imkanları qazanıblar.
 
Düşərgə 2023-cü ildə “İnnovasiyalar Mərkəzi” və “Bilişim Vadisi Bakı” arasında imzalanan əməkdaşlıq Memorandumuna əsasən təşkil olunub. Memorandumun məqsədi texnoloji bacarıqların birgə inkişaf etdirilməsi, təlimlərin keçirilməsi, innovativ həllərin tətbiqinə və inkişafına təkan verəcək hakaton, butkamp modeli əsasında layihələrin birgə hazırlanmasıdır.
 
 
 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə