“Robotlar şəhəri” yaradılacaq

13-07-2010 / 02:15

Cənubi Koreyada dünyada ilk robot texnikası institutu yaradılıb

Bu gün Cənubi Koreyanın paytaxtı Seul şəhərində tələbələrin sırf robot texnikası sahəsi üzrə təhsil alacaqları dünyada ilk institutun açılışı olub.

Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yeni tədris ocağında buranın tələbə və müəllim heyəti tərəfindən yaradılan işləmələrin kommersiya tətbiqi ilə məşğul olacaq kommersiya bölməsi də fəaliyyət göstərəcək.

Xatırladaq ki, bundan əvvəl Cənubi Koreya hakimiyyəti robot və robotlaşdırılmış sistemlərin yaradılması sahəsini ölkənin strateji prioritetlərindən elan edib. Bundan əlavə bir neçə il qabaq Seulda “robotlar şəhəri” deyilən bir ərazinin yaradılması təşəbbüsü irəli sürülüb. Təşəbbüsdə küçələrin təmizlənməsindən başlayaraq, restoranlarda və digər ictimai obyektlərdə xidmətə kimi bütün işlərin robotlar tərəfindən yerinə yetiriləcəyi bir ərazinin yaradılması nəzərdə tutulur.

Cənubi Koreyanın Bilik İqtisadiyyatı Nazirliyində qeyd edirlər ki, bu gün ölkədə faktiki olaraq paralel şəkildə iki robot texnikası proqramı fəaliyyət göstərir. Söhbət dövlət və kommersiya proqramlarından gedir. Yeni institut isə dövlət proqramının elmi mərkəzi olmalıdır. Burada dövlət sifarişi ilə robot texnikası sahəsinin geniş spektr istiqamətləri üzrə – sənaye robotlarından tutmuş xidmət sahəsi robotlarınadək bütün hökumət layihələri həyata keçiriləcək.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.