“Şagirdlər planşetlə dərsə gələcək”

15-09-2015 / 13:04

“Təhsil Nazirliyi dərsliklərin elektronlaşdırılmasını başa çatdırır. Bu məqsədlə artıq biologiya, fizika və kimya dərslikləri tam elektronlaşdırılıb və məlumatlar artıq 3D formatda oxucuya təqdim olunur”.

Xeberler.az-ın məluamtına görə, bunu Təhsil Nazirliyinin şöbə müdiri Emin Əmrullayev jurnalistlərə açıqlamasında  deyib.

Onun sözlərinə görə, Təhsil Nazirliyi tərəfindən dərsliklər elektronlaşdırılır və dərsliyin məzmununu təşkil edən müxtəlif informasiyalar, bilgilər 3D formatda təqdim olunur:

“Bu vəsait tamamilə yeni olan müasir standartlarla hazırlanmış videolarla zənginləşdirilib. Videoların hamısı dərs formatında komplektləşdirilib”.

Nazirlik rəsmisi bildirib ki, artıq şagirdlər elektron dərsliklərdən istifadə edərkən videoya da daxil ola biləcək. Bununla da şagird bircə planşetlə dərsə gəlib dərsi mənimsəyə bilər.

Qeyd edək ki, elektron dərslikləri artıq 26 min istifadəçi yükləyib.

 

Ruhəngiz Muradova 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə