“SpaceX”in yük gəmisi stansiyaya rekord çəkidə ərzaq gətirib

23-04-2025 / 09:19

Beynəlxalq Kosmik Stansiya (BKS) üçün ərzaq təminatı ilə dolu yola salınan “SpaceX” şirkətinə məxsus “Cargo Dragon” yük gəmisi uğurla stansiyaya qəbul edilib.

Xeberler.az “SpaceNews”a istinadən məlumat verir ki, bu planlı uçuş olsa da, əvvəlcədən nəzərdə tutulmuş yük komplektasiyası pozulub. Belə ki, stansiyaya növbəti yüklərin daşınması üçün nəzərdə tutulan NASA-nın “Cygnus” yük gəmisi start meydançasına daşınma zamanı zədələnib. O, payıza qədər uçmayacaq, buna görə də ekipajın ərzaqla təmin olunması prioritet məsələyə çevrilib.

“Cargo Dragon” stansiyaya ümumilikdə 3021 kq yük çatdırıb. Son missiyalardan fərqli olaraq, “SpX-32” missiyası ekipaj üçün böyük həcmdə, yəni 1468 kq yük gətirib. Belə ki, ötən ilin noyabrında SpX-31 missiyası ilə 961 kq, 2024-cü ilin martında SpX-30 missiyası ilə isə cəmi 545 kq yük gətirilmişdi. Bu yalnız ərzaq deyil, həm də su və nəfəs almaq üçün oksigen ehtiyatlarıdır.

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə