“Azərbaycan biznes sahəsinə öz uğurları ilə imza atacaq”

03-12-2015 / 13:57

Məlumat verdiyimiz kimi, hazırda Bakıda  ilk dəfə Youth Inc. Gənclərin Sahibkarlıq Proqramının Yüksək Texnologiyalar Parkı ilə əməkdaşlığı çərçivəsində “IE Venture Day Baku” müsabiqəsi öz işinə başlayıb.

Xeberler.az-ın məlumatına görə, daha çox startapçılar və investorlar arasında səmərəli əməkdaşlıq yaradılması məqsədilə təşkil olunan müsabiqədə Yüksək Texnologiyalar Parkının direktoru Seymur Ağayev gənclərin biznes sahəsində aktivliyinin təmin olunması üçün bu cür layihə və müsabiqələrin əhəmiyyətindən danışıb.

Onun sözlərinə görə, yaxın gələcəkdə Azərbaycan biznes sahəsinə öz uğurları ilə imzalar atacaq.

Tədbirdə Startaplar Braziliya Assosiasiyasının Təhsil və Texnologiya Komitəsinin sədri Nyuton Kampos, “Youth Inc.” proqramının koordinatoru Müşviq Həsənov, Golden Pay şirkətinin təsisçisi Fərid İsmayılzadə, Venture Lab-ın icraçı direktoru Pari Dö Letra, Pipedrive və Garage48 şirkətinin təsisçisi Ragnar Sass, Facebook şirkətinin Şimali, Mərkəzi və Şərqi Avropa üzrə regional direktoru Kliv Ryan, Microsoft Azerbaycan-nın marketinq meneceri Səbinə Pərvizi, Amerika Ticarət Palatasının direktoru Natavan Məmmədova və başqa natiqlər çıxış edəcək.

O cümlədən Mobil və veb texnologiyaların inkişafı – Silikon Vadisindən baxış mövzusunda Products & Startups for Code for America şirkətinin direktoru Leyn Beker tərəfindən təqdimatlar da olacaq.

Hazırda tədbirin 1-ci hissəsi başa  çatıb.

Nahardan sonra yerli İT müətəxəssislərin çıxışları gözlənilir.

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə