Previous Next
Bağla

“TEKNOFEST Azərbaycan” çərçivəsində Flyboard əyləncə proqramı təşkil olunacaq

28-03-2022 19:16
“TEKNOFEST Azərbaycan” çərçivəsində Flyboard əyləncə proqramı təşkil olunacaq

“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində texnologiya müsabiqələri və tədbirlərlə yanaşı paytaxt sakinləri və qonaqlar üçün əyləncəli proqramlar da təşkil olunacaq.

Xeberler.az bildirir ki, “TEKNOFEST Azərbaycan” Türkiyə Teknoloji Takımı Vakfının (T3 Vakfı), Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə bu ilin 26-29 may tarixlərində Bakıda ilk dəfə olaraq keçiriləcək.

Festival çərçivəsində Bakıda ilk dəfə olaraq məşhur ispaniyalı flyboarder Lindsay McQueen-in təqdimatında su üzərində Flyboard şousu da baş tutacaq.

Qeyd edək ki, Lindsay McQueen Qətər və Dubayda su üzərində Flyboard üzrə keçirilmiş dünya çempionatlarında uğurla iştirak edib.

Paytaxt sakinləri və qonaqlar 4 gün ərzində, gündə 2 dəfə olmaqla, möhtəşəm Flyboard şousunu izləyə biləcəklər.

Əsrarəngiz musiqi sədaları və festival iştirakçılarının coşqunluğu ilə müşayiət olunacaq proqramda ispaniyalı idmançı su üzərində olduqca heyrətamiz fəndlər nümayiş etdirəcək: o, sudan 10-15 metr hündürlükdə nəfəs kəsən saltoları – geriyə çevrilmə və öz oxu ətrafında fırlanaraq dönmə hərəkətlərini məharətlə icra edəcək.

Eyni zamanda, McQueen havada asılı vəziyyətdə qalaraq daha sonra suya dalma fəndlərini göstərəcək.

Su üzərində Flyboard əyləncə proqramı festivalın bir hissəsi olmaqla Dənizkənarı Milli Parkdan şounu izləyən Bakı sakinlərinə unudulmaz xoş anlar yaşadacaq.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Azercell Telekom” MMC festivalın baş sponsoru oldu

12-04-2022

“TEKNOFEST Azərbaycan”ın keçiriləcəyi məkana media tur təşkil olunub

24-05-2022

"Teknofest Azərbaycan" çərçivəsində texnoloji müsabiqələrə qeydiyyat başa çatıb

02-03-2022

“Rocket League” Avropa çempionatına qeydiyyat davam edir

15-03-2022

Səlcuk Bayraktar Bakıda MiG-29-da uçub

25-05-2022

“Rocket League” üzrə Avropa çempionatına start verildi  

25-05-2022

Kiber idman üzrə Avropa çempionatı keçiriləcək

03-03-2022

Azərbaycan Türkiyədə keçirilən “Teknofest 2022”də milli pavilyonla təmsil olunur  

30-08-2022

“Tekken7” yarışına start verildi  

27-05-2022

Bakıda keçiriləcək "Teknofest" festivalının tarixi açıqlanıb

11-01-2022

“Smart Qarabağ” Hakatonuna qeydiyyat başa çatdı

11-04-2022

“Planer” üzrə sınaq uçuşları keçirilib

22-05-2022

“Rocket League” üzrə Avropa çempionatına qeydiyyat başa çatıb

06-04-2022

Türkiyə dünyanın ən böyük elm və texnologiya festivalı olan “TEKNOFEST”ə hazırlaşır

22-08-2023

“TEKNOFEST Türkiyə – 2023”də qalib olmuş Azərbaycan komandaları-FOTO

03-05-2023

“TEKNOFEST Azərbaycan”ın ilk mərhələsinin nəticələri açıqlanıb

25-03-2022

“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya festivalı başa çatıb

30-05-2022

Azərbaycan Türkiyədə keçiriləcək Aerokosmik və Texnologiya Festivalına 11 startapla qatılacaq

27-08-2021

Səlcuq Bayraktar Beynəlxalq Astronavtika Konqresinə dəvət olunub

02-05-2023

 “Take Off Baku” beynəlxalq startap sammiti öz işinə başladı

26-05-2022

“TEKNOFEST Azərbaycan” festivalı üçün təyyarə və vertolyatların sınaq uçuşları keçirilir  

23-05-2022

50 startap “Take Off Baku”da iştirak hüququ qazanıb

19-04-2022

“Pilotsuz Uçuş Aparatları’’ müsabiqəsinə qeydiyyat davam edir

10-02-2022

“Take Off Baku” beynəlxalq startap sammitinə qeydiyyat başa çatıb

04-04-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə