Türkiyənin İstanbul şəhərinin Atatürk Beynəlxalq Hava Limanında keçirilən “Teknofest” – Aerokosmik və Texnologiya Festivalı ölkəmiz üçün əhəmiyyətli nailiyyətlərlə başa çatıb.
Xeberler.az bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən məlumat verir.
Məlumata görə, Azərbaycanın 10 startap və texnologiya şirkətinin iştirak etdiyi, həmçinin texnoloji məhsul və həllərin nümayiş olunduğu Milli Pavilyonu sərgi ziyarətçilərinin xüsusi marağına səbəb olub. Tədbir ərzində Azərbaycan Pavilyonu 40 mindən çox iştirakçı tərəfindən ziyarət edilib.
Kosmik sənaye, hərb, təhsil, tibb, kənd təsərrüfatı, nəqliyyat, video oyunlar kimi müxtəlif sahələri və istiqamətləri, ümumilikdə isə yeni texnologiyaları əhatə edən startaplarımız arasında uğura imza atanlar olub. Belə ki, nazirlik yanında İnnovasiyalar Agentliyinin rezident startaplarından biri investorların diqqətini cəlb edib. Virtual reallıq əsasında qurulmuş kompleks təlim qurğusu – “Zərbə” startapı simulyatorların istehsalı ilə bağlı “Fix Defence” şirkəti ilə müqavilə imzalayıb. Eyni zamanda “Baykar” şirkəti ilə dronların sistemə inteqrasiyası ilə bağlı razılıq əldə olunub.
Azərbaycan Pavilyonunun layihə meneceri, “Viasteller” startapının rəhbəri Mübariz Abdullayev isə kiçik peyklərin dizaynı və yığılması ilə bağlı tələbələrə təlimlər keçmək üçün İstanbul Texniki Universiteti və Zonquldak Bülent Ecevit Universitetindən dəvət alıb.
Tədbir, həmçinin digər startaplar üçün beynəlxalq şirkətlərlə tanışlıq və əməkdaşlığın qurulması baxımından faydalı keçib.
“Teknofest” Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və “Baykar Makina” şirkətinin texniki direktoru Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri