Xəbərlər yeni rubrikaya başlayır. “İT tələbə” adlandırdığımız bu rubrikaının əsas iştirakçıları İT ( İnformasiya texnologiyaları) sahəsində çalışan tələbələr olacaq. Məqsədimiz ixtisasından asılı olmayaraq İKT sahəsində çalışan və ya təhsil alan tələbələrin həyatı, fəaliyyəti və yaradıcılığı ilə oxucuları daha yaxından tanış etməkdir.
Rubrikamızın ilk qonağı startap aləmində yetərincə tanınan startapçı, gənc proqramçı Namət Məmmədzadədir. O, Memarlıq və İnşaat Universitetinin Mexanika və İnformasiya Texnologiyalar fakültəsinin ikinci kursunda təhsil alır.
Namət Məmmədzadə ilə müsahibəni təqdim edirik:
-Namət bəy, İT sahəsinə marağınız nə vaxtdan başlayıb?
-Demək olar ki uşaqlıq illərindən bu sahəyə maraq göstərmişəm. 10-11 yaşlarımda artıq kompüterlə tanış oldum və həmin tanışlıqdan sonra informasiya texnologiyalarına marağım böyüməyə başladı.
-Hazırda hansısa bir İT şirkətində və ya digər bir qurumun İT sahəsində çalışırsınzmı ?
-Hazırda təhsil aldığım Universitetin nəzdində yerləşən İnformasiya - kommunikasiya texnologiyaları şöbəsində çalışıram.
-İT sahəsində fəaliyyətiniz dərslərə dəvamiyyətinizə təsir edirmi ?
-Deyərdim ki yox, çünki həmin şöbədə dərslərdən sonra çalışıram. Günün birinci yarısı işdə, ikinci yarısı dərsdə, günün üçüncü yarısı isə üzərində çalışdığım layihə ilə məşğul oluram. Ona görə də, dərsə dəvamiyyəttimdə çox da problemlər yaranmır.
-Bəzən İT sahəsinin tələbləri və artıq təhsili başa vuranlar deyirlər ki onlar bilik və bacarıqları təhsil müəssisəsində yox, daha çox iş yerlərindən, İnternetdən əldə edirlər . Sizdə bununla bağlı vəziyyət necədir ?
-Düzünə qalsa, Universitet şəraitində tələbələrə dərin biliklər verilmir. İT sahəsində oxuyan tələbələrə praktiki cəhətdən biliklər öyrədilməlidir. Çünki, tələbənin gələcək fəaliyyəti üçün praktiki təcrübənin əhəmiyyəti böyükdür. Praktik dərslər nəzəriyyədən üstündür. Nəzəriyyədə aldığım biliyi praktikada tətbiq etməkdə çətinlik çəkirəm. Amma praktikadan əldə etdiyim biliyi nəzəriyyədə asanlıqla tətbiq edə bilirəm. Nəzəriyyədə əzbərlədiyim hansısa termin mənim yadımdan çıxacaq. Amma iş gördüyüm zaman əldə etdiyim bilik heç vaxt yadımdan çıxmır.
-Elə tələbə yoldaşlarınız varmı ki, İT sahəsindəki fəaliyyətindən ciddi uğurlar əldə edib, maşın alıb , özünə gözəl həyat qurub ?
-Öz tələbə yoldaşlarımdan 6-7 yaş böyüyəm. Amma buna baxmayaraq deyərdim ki, 18-19 yaşında tələbə yoldaşlarım var ki, İT sahəsində artıq ciddi addım atmaq istəyirlər. İstəkləri var, amma hələki ayağa qalxa bilmirlər.
-Özəl bir İT layihəniz, startapınız varmı? Bu sahədəki Müsabiqələr, toplantılara qatılırsınızmı ?
-Bəli, hazırda üzərində çalışdığım bir layihəm var. Və hazırda layihəmin adının dəyişdirilməsi ( rebrending ) istiqamətində işlər görülür. Bu bütün mobil platformalar üzərindən, 2015-ci ildə Bakı, 2016-cı ildə bütün Azərbaycan, 2017-ci ildə Gürcüstan, 2018-ci ildə Türkiyədə istifadəsi nəzərdə tutulan elektron bələdçi formasında mobil tətbiq olacaq. Layihə Startap Azərbaycan-a da təqdim olunub, lakin hazırda həmin layihənin adı dəyişdirilib RobiGuide adı altında fəliyyətə başlayır.
-İT sahəsi ilə əlaqəli Konfranslarda, seminarlarda , təlimlərdə, yarışmalarda iştirak edirsinizmi ?
-Bəli, mütəmadi olaraq iştirak edirəm.
- İT sahəsindəki bilik və bacarıqalrınızın tələbə yoldaşlarınıza, müəllimlərə hansısa köməyi dəyirmi ?
-Əlbəttə, Universitetdən kənar iştirak etdiyim təlimlərdən əldə etdiyim biliklərdən Universitetin özündə də seminarlar keçirirəm. Düşünürəm ki, İT sahəsi ilə əlaqəli olan bu konfransların, təlimlərin tələbələr üçün əhəmiyyəti böyükdür. Həmin seminarların üstünlüklərini başqa tələbələrə də çatdırıram və onlarda həmin seminarlara qarşı maraq oyadıram. Bir neçə həftə öncə Universitetdə keçirdiyim seminarda Texnoparklar haqqında məlumat verdim. Və aydın oldu ki, Universitetdə Texnoparklar haqqında anlayışı olmayan tələbələr var.
-İT sahəsində ki bilik və bacarıqlarınızın digər fənlərin mənimsənilməsində sizə hansı köməyi dəyirmi ?
-Əlbəttə, çox köməyi olur. Bu biliklərin sayəsində artıq keçirilən dərslərə, qoyulan mövzulara hazırlıqlı oluram.
-İT sahəsinə tələbə oğlanların qızlara nisbətən daha çox maraq göstərməsinin səbəbi nədir sizcə?
- İT sahəsində qızlar uzun müddət işləyə bilmir. Gümanki bu da onların bu sahədə hansısa çətinliklərlə rastlaşması ilə bağlıdr. Məsələn, elə olur ki, gecə saat 2-3-ə qədər layihənin üzərində çalışırıq. Amma deyərdim ki, 2010-cu ildən etibarən xanımlar da bu sahəyə xeyli maraq göstərməyə başlayıb.
-Gün ərzində neçə saat İnternetdə olursunuz?
-Yuxu saatını çıxmaq şərti ilə bütün günü onlayn oluram.
-Ən çox istifadə etdiyiniz sosial media vasitələri və saytlar hansılardır?
-Facebook, Twitter, İnstagram-dan aktiv istifadə edirəm. Facebook-da dostlarım gün ərzində bütün informasiyaları paylaşırlar. Hərənin bir xəbərini oxuyanda, bütün baş verənlərdən xəbər tutmuş oluram. Facebook-da Startap Azərbaycan qrupu var və həmin qrupdan da informasiyaları oxuyuram. Bu da mənə çox kömək olur. Facebook bağlansa, sosiallaşmanın 50 faizi azalacaq.
-Son dövrlədə insanların İnternetə , texnologiyalara bu qədər çox maraq göstərməsinin səbəbini nədə görürsünüz?
-Texnologiyadan əlavə, mobil sahəyə inteqrasiya hər bir insanın həyatında mühüm yer tutub. Mobil telefonlar, xüsusilə smartfonlar sayəsində insanlar özündən asılı olmayaraq texnologiyanın qurbanına çevrilib. Hətta, 80 yaşlı xanıma da telefondan istifadə etməyi öyrətsən, bir müddət sonra aktiv smartfon istifadəçisi olacaq.
-Tədris prosesində, gündəlik işlərinizdə İT-dın, mobil telefondan, kompüterdən , planşetdən istiafdəniz necədir? Bu avadanlıqalr tədris proseni və gündəlik fəaliyyətiniz daha asan qurmağa kömək edə bilirmi ?
-İşimi xeyli asanlaşdırır. İndi mobil telefon və kompütersiz yaşamaq qeyri-mümkündür.
-Hansısa uğurlarınız və ya mükafatlarınız varmı?
-Əlbəttə. Sertifikatlarım, medallarım var və bəzi yerlərdə sözümü demək üçün mənə çox köməyi dəyir.
-İT sahəsində ölkədə görülən işləri , ümumi vəziyyəti necə dəyərləndirisiniz?
-Çox gözəl dəyərləndirirəm. Çünki, son 2 il ərzində Qazaxıstan və Gürcüstanda oldum. Oradakı startapların inkişafını nəzərə alaraq deyə bilərəm ki, Azərbaycanda qonşu ölkələrə nisbətən daha sürətli inkişaf edib.
-Hazırda ölkədə freelance – sifarişlə işləmək geniş yayılıb. Siz də İT sahəsi ilə əlaqəli sifarişlər əldə edirsinizmi? Sirr deyilsə nə qədər pul qazana bilirsiniz bu sifarişlərdən ?
-Bəli, sifarişlər qəbul edirəm. Qazandığım pul isə gündəlik həyatımı təmin edir.(gülür).
Mirvari Nəcəf
Nəzrin Cavid
Fotolar: Tərlan Yusif
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri