Paylaşılan ekran görüntüsündən məlum olur ki, müəyyən sayda mesaj göndərən istifadəçi mesajlaşmaya davam etmək istəsə, bildiriş mesajı alacaq. Bu məlumat mesajında gündəlik mesajlaşma limitinə çatıldığı və növbəti günə qədər daha mesaj göndərilə bilməyəcəyi qeyd olunacaq. Bu limiti aradan qaldırmaq istəyən istifadəçi “Twitter Blue” abunəçisi olmalıdır.
“Twitter”in üzərində işlədiyi yeni funksiyanın nə vaxt istifadəyə veriləcəyi bilinmir. Digər tərəfdən Alessandro Paluzzinin sözlərinə görə, hazırda “Twitter” gündəlik 500 mesaj limiti təyin edib. Alessandro Paluzzi hesab edir ki, funksiya əlçatan olduqdan sonra bu limit aşağı salınacaq.