Xeberler.az “Təhsil müəssisələrində İKT-nin tətbiqi” adlı yeni layihəyə başlayır.
Layihənin məqsədi, adından da göründüyü kimi təhsil müəssisələrində informasiya texnologiyalarının tətbiqi vəziyyətini araşdırmaq və və geniş oxucu kütləsinə çatdırmaqdır.
Layihəyə Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) ilə başladıq.
Universitetdə Təhsil Mərkəzi fəaliyyət göstərir. Mərkəz turizm sektorda işləyənlərin əlavə təhsil proqramı və qisamüüdətli kurslarla ixtisasartrımasına, ixtisasdəyişməsinə nail olmaq və ali turizm təhsili ilə bərabər, bacarıqlı xidmət personalının hazırlanmasını həyata keçirir.
Mərkəz kompüter və digər texiniki avadanliqlar, zəruri proqram məhsulları ilə təmin edilib. Mərkəzdə bu universitetin tələbələri ilə yanaşı diğər şəxslərdə gəlib təlimlərdə və tədris prosesində iştirak edə bilirlər. Burada turizm sektoru üçün xüsusi əhəmiyyət kəsb edən infromasiya sistemlərini, xüsusilə də Amadeus təlimlərini online rejimdə keçib, beynəlxalq sertifikat almaq mümkündür.
Universitetin daxili idarəetməsində Microsoft Office 365 paketindən və Lync ( Link) Proqram təminatından istifadə edilir. İnzibati heyət və müəllimlər bu sistemdən ən sadə tekst redaktorundan tutmuş, təqvim, bulud yaddaşı və ani yazışmalar üçün istifadə edə bilir.
Universitetdə əsasən kafedra müdirləri və inzibati idarəetmə prosesinin iştirakçıları vahid elektron məktublaşma sistemindən (@tourism.edu.az ) istifadə edir və onlar korporativ email ünvanı ilə təmin olunurlar. Onlar üçün həmçinin Lync hesabı da yaradılır ki, bunun da vasitəsilə bu sistemdən istifadə edənlər Skype və ya Lync vasitəsilə online əlaqə yarada bilir və ya offline rejimde elektron məktublaşma həyata keçirir.
Saat hesabı ilə işləyənlər isə bu cür vahid email və Lync sisteminə könüllü qoşula bilir. Yazışmalar Lync proqramı vasitəsilə həyata keçirilir. Bu sistem video –audio konfranslar və ani yazışmalara da daxil olmaqla geniş tədris imkanlarına malikdir.
Dərslərin onlayn rejimdə keçirilməsi, sualların onlayn rejimdə müəllim tərəfindən cavablandırılması, seminarların keçirilməsi və s. digər tədris fəaliyyyəti bu proqram vasitəsilə həyata keçirilir.
Avropa Birliyinin TEMPUS layihəsi
Avropanın tərəfdaş ölkələrinin universitetləri ilə əməkdaşlığı nəzərdə tutan və ali təhsilin modernləşdirilməsinə yönəlmiş TEMPUS proqramına qoşulan universitetlərdən biri də ATMU-dur. Universitetdə “E-NOTES - Azərbaycanda ECDL Milli Operator və TestMərkəzləri” Tempus layihəsi (2012-2015-ciillər)çərçivəsində müasir texniki avadanlıqlarla təchiz olunmuş kompüter laboratoriyası yaradılıb.
“ENOTES – Azərbaycanda ECDL Milli Operator və Test Mərkəzləri” proqramı Avropa İttifaqının Təhsil, Audiovizual vasitələr və Mədəniyyət üzrə İcraedici Agentliyi (EACEA) tərəfindən idarə olunur və maliyyələşdirilir. Proqramda tərəfdaş ölkələr Qərbi Balkanlar, Şərqi Avropa, Mərkəzi Asiya, Şimali Afrika və Orta Şərq də daxil olmaqla 27 ölkəni əhatə edərək ali təhsilin modernizasiyasını hədəfləyir.
Proqramın Azərbaycanda koordinatorluğunu Qafqaz Universiteti həyata keçirir. Proqramın əsas məqsədi Azərbaycanda “ECDL Milli Operator və Test Mərkəzlərini"qurmaqdır. “ENOTES” layihəsi 3 il ərzində Azərbaycanın ali təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadə edərək müasir təlim metodları üzrə tədris keçmək, ali təhsil müəssisələrində İKT təlimlərinin və tədris materiallarının tərtibini və nəşrini Avropa standartlarına uyğunlaşdırmaq, ali məktəblərdə göstərilən xidmətlərin keyfiyyətini artırmaq, müasir metodlardan istifadə edərək tədqiqatlara dəstək vermək, universitetlərdə akademik və inzibati heyətin kadr potensialını yaxşılaşdırmaq məsələlərini nəzərdə tutur.
Universitetdə yaradılmış bu laboratpriyada professor-müəllim heyəti və tələbələrin kompüter biliklərinin aşılanması və təkmilləşdirilməsi prosesi həyata keçirilirir.
Həmçinin bu proqarm çərçivəsində gələcəkdə 7 modul üzrə onlayn şəkildə imtahanların təşkil ediləcəyi nəzərdə tutulub.
Universitetdə İngilis dili dərslərinin keçirilməsi üçün İKT təminatı olan otaqlardan istiafdə edilir.
Müəllimlər mərkəzi kompüter vasitəsilə tapşırıqları verir və tələbələr dərs vəsaitlərinə qulaqcıqla qulaq asıb tapşırıqları yerinə yetirirlər. Tələbələrin dil vərdişlərinə yiyələnməsi üçün də kompüter vəsaitlərinin olması böyük rol oynayır. İngilis dili ilə yanaşı, rus dilində, ərəb, alman, fransız dili dərslərini də tələbələr kompüter vasitəsilə keçirlər.
“Elektron dərs vəsaitləri yoxdur”
Tələbələr kitabxanada olan kompüterlərdən də səmərəli şəkildə istifadə edirlər. Tələbələr elektron məktublaşma üçün , müəyyən dərs vəsaitlərinin yüklənməsi və s. məqsədilə sərbəst şəkildə buradakı kompüterlərdən istifadə edirlər. Kitabxana həmçinin Wi-Fi sistemi ilə təmin olunub.
Tələbələr deyir ki, universitetin qapısından içəri daxil olan kimi sərbəst şəkildə heç bir məhdudiyyət qoyulmadan WiFi-dan istifadə edə bilirlər.
“Amma Universitetdə elektron dərs vəsaitləri, xüsussilə də elektron kitablar demək olar ki, yoxdur. Sadəcə olaraq kitabxanalarda olan kitabların siyahısı elektron kataloqu hazırlanıb və komputerlərdə yerləşdirilib . Biz yalnız bu kataloqdan yararlana bilərik”, bunu da tələbələr deyir.
Auditoriyalarla tanışlığımız zamanı onu da öyrənirik ki, bəzi auditoriyalar elektron lövhələrlə təchiz olunub . Tələbələr tədris prosesində həmin elektron lövhələrin üzərində birbaşa müxtəlif əməliyyatlar apara bilirlər, qrafiklər-diaqramlar qururlar , bir sözlə bu lövhələrdən müxtəlif yazı-pozu işləri işləri üçün istifadə edə bilirlər.
Bütün auditoriyalarda İP kameralar quraşdırılıb və tədrisin keyfiyyətinə nəzarət şöbəsi bu kameralar vasitəsilə tədrisin keyfiyyətinə nəzarət edir.
O cümlədən, bu kameralar digər Universitetlərlə dərs zamanı telekörpü aparmaq imkanı yaradır. Həmçinin, Universitetin mərtəbələrində monitorlar quraşdırılıb. Monitorlar informasiya texnologiyaları şöbəsi tərəfindən idarə olunur və elektron poçt vasitəsilə daxil olan vacib məlumatlar həmin monitorlarda öz əksini tapır. Dərs prosesinə mane olmasın deyə monitorlar səssiz rejimdə quraşdırılıb.
Auditoriyalarda sadə, standart lövhələr də var. Tədris prosesində proyektordan və bu lövhələrdən effektiv istifadə edildiyi bildirildi.
Universitetdə tələblərin və müəllimlərin istiafdəsi üçün 250-dək kompüter vardır. Tələbələrin sərbəst surətdə kompüterdən və İnternetdən istiafdə edə bilməsi üçün ayrıca kompüter otaqları yaradılıb.
Kompüterlər əsasən laboratoriyalarda, kafedralarda ve kitabxanalarda, kompüter otaqlarında cəmlənib.
Universitetin serveri üçün xüsusi otaq ayrılıb.
Universitetə İnternet 20 Mb/s sürətində fiber-optik xətt üzərindən daxil olur və bütün mərtəbələrə paylanılıb.
Fevralın sonlarında universitetin yeni rəsmi saytı fəaliyyətə başlayacaq.
Universitetin informasiya texnologiyaları şöbəsinin rəhbəri Fərhad Mirəliyevlə söhbətimiz zamanı onu da öyrənirik ki, hazırda saytın üzərində aparılan işlər yekunlaşmaq üzrədir: “Universitetin rəsmi saytının hazırda aktiv fəaliyyət göstərməməsinin səbəbi də budur. Bütün gücümüzü yeni saytın üzərində görülən işlərə sərf edirik. Saytın köhnə variantı ləğv olunacaq və gün ərzində olan bütün xəbərlər yeni saytımızda yerləşdiriləcək.
Azərbaycan Turizm və Menecment Universitetin adına Facebook səhifəsi və qrupu da var.
Universitetin müəllim heyəti, bütün tələbələr bu qrupa daxildir və burada aktiv müzakirələr aparılır. Qrupun 2859 nəfər üzvü var və tədris xarakterli müəyyən məlumatlar, imtahanların nəticələri və s. lazımi məlumatlar qrupda yerləşdirilir.
Sayt və facebook qrupu informasiya texnologiyaları şöbəsi tərəfindən idarə olunur.
Saytda E-learning mərkəzi adlı yeni bölmə yaradılıb. E-learning ən effektiv tədris metodu hesab olunur: istənilən an , istənilən yerdən hər hansı bir elektron kursları əldə etməyə imkan verir ,
E-Learning elektron texnologiyaların köməyi ilə həyata keçirilən təlim və tədrisin bütün formaları kimi çıxış edir. Biliklərin, vərdişlərin və bacarıqların ötürülməsi üçün kommunikasiya vasitələrinin və kompüterlərin fəal istifadəsini nəzərdə tutur. E-learning ixtisaslaşdırılmış saytlar vasitəsilə tədrisdən, virtual siniflərin, rəqəmli laboratoriyaların təşkilindən, xüsusi tədris proqramlarının istifadəsindən ibarətdir.
Elektron təhsili ənənəvi təhsil ilə müqayisədə bir sıra əhəmiyyətli müsbət cəhətlərə malikdir. İlk növbədə, əhəmiyyətli qənaət deməkdir. Tələbələr ayrı-ayrı nöqtələrdə yaşayaraq yataqxana və nəqliyyat məsrəflərində qənaət edə bilərlər. Bütün bunlardan savayı, elektron kursları müəllimlərin iştirakı olmadan həyata keçirilə bilər və kompüterlərin nəzarəti altına keçə bilər.
Bütövlükdə tədris prosesini və inzibati iadarəetməni həyata keçirməyə imkan verən və bütün dünyada məşhur olan Moodle sistemi də artıq Universitetdə qurulub. Hazırda Universitetdə müəllimlərin bu sistemdən istifadəyə hazırlanması istiqamətində işlərin aparılır.
Yaxın zamanda ATMU-da Moodle-un daha geniş tətbiqinə hazırlıq görülür. Bu sistemdən həm elektron həm də distant təhsil platforması kimi istifadə edilməsi nəzərdə tutulub.
Hazırda Universitetdə distant tədris prosesinə hazırlıqlar aparılır.
“Distant təhsilin inkişafı üçün şərait yaradılmalıdır”
Universitetin turzim və qonaqpərvərlik fakültəsinin dekan müavini Flora Ələsgərova qeyd edir ki, distant təhsilin inkişafı üçün müəllimlərin İKT sahəsində bilikləri hələlik yetərli deyil: “Distant təhsilin inkişafı üçün şərait olmalıdır.
Müəllimlərimiz kompüter sahəsi üzrə mütəxəssis olmaya bilər, amma informasiya texnologiyalarından tədris prosesində istifadə etmək qabiliyyətinə malik olmalıdır. Dərs bir modul üzərində qurulmur axı. Ən azı 15 mühazirə olmalıdır və bu mühazirələrə uyğun olaraq dərslər hazırlanmalı, dərs çəkilişlərini internetdə yerləşdirmək lazımdır və s.
Müəlimin özünün də texnologiyalardan istifadə etmək qabiliyyəti də olmalıdırı. Microsoft Office proqramında mətni yığmaq, o proqramı tam bilmək demək deyil. Üstəlik müəllim mətni hazırlayıb, həmin mətni internet səhifəsində yerləşdirə bilmirsə, bütün bu xırdalıqlar böyük problemlərə gətirib çıxarır.
Distant təhsilin təşkili üçün müəllimlərə ciddi təlimlər keçirilməli, kompüter bilikləri artırılmalıdır. Distant təhsilə keçmək üçün bizim vəsaitlərimiz yetərlidirmi? Bu sual ətrafında düşünmək lazımdır”.
Mirvari Nəcəf
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri