Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin bir qrup müəllimi BDU və Türkiyə Respublikası Baş nazirlik Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) anlaşmasına əsasən bir müddət əvvəl Türkiyə Respublikasında səfərdə olublar.
Səfərin əsas məqsədi isə Universitet müəllimlərinin İstanbul, Bahçaşəhər, Kadır Has, Yeditəpə, Ankara, Qazi, Başkənd universitetlərinin jurnalistika fakültələrində iş və tədris prosesi ilə əyani tanış olması və əsasən də bu təhsil müəssisələrində informasiya və tədris texnologiyalarından istifadə metodlarını mənimsəmək olub.
Xeberler.az Türkiyə universitetlərində tədris prosesində informasiya texnologiyalarının tətbiqi vəziyyəti ilə bağlı Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Televiziya və radiojurnalistikası kafedrasının müdiri Aynur Kərimova ilə söhbət edib.
Aynur Kərimova Türkiyə universitetlərində dərs prosesində İT texnologiylarından istifadə və tədris təcrübəsi ilə tanış olub və təssüratlarını Xeberler.az-a bölüşüb.
Kafedra müdiri bildirib ki, səfər etdikləri bütün Türkiyə universitetləri informasiya texnologiyaları ilə tam təchiz olunub:
“Tələbələr istənilən vaxt kompüterlərdən istifadə edirdi, həmçinin, tələbələrin iş prosesini asanlaşdırmaq məqsdilə hər bir kabinetdə Wi-Fi şəbəkəsi qurulub”.
Onun sözlərinə görə, hətta bir neçə universitetdə Apple kompüterlərindən ibarət multimedia laboratoriyalarından da istifadə edilir.
Aynur Kərimova xüsusi vurğulayıb ki, universitetlərin Jurnalistika fakültələrində xəbər otaqlarında yüksək səviyyəli İT avadanlıqlardan istifadə edilir:
“Foto ve reklam kabinetləri müasir avadanlıqlarla təmin olunub. Tələbələr aktiv şəkildə həmin qurğulardan istifadə edərək kamera çəkilişi, viedonun montaj prosesini sərbəst həyata keçirirlər”.
Türkiyə universitelərində müəllimlərin bu texnoloji avadanlıqlardan istifadə bacarığına gəldikdə isə, kafedra müdiri qeyd edib ki, müəllimlər təlim keçmiş peşəkar televiziya və radio mütəxəssisləridir:
“Bəzi universitetlərdə hətta radio mərkəzləri də var. Universitetlərdə distant təhsil mərkəzləri də fəaliyət göstərir. Distant tədris mərkəzləri üçün ayrıca otaqlar da təşkil olunub. Bir çox univeritetlərdə tələbələr elektron kitabxananın ən son texnoloji yeniliklərindən yararlanaraq istifadə edirlər. KitabxanalarIN texnologiyalarla təminatı, şərait isə yüksək səviyyədə təşkil olunub”.
Sevinc Çəltikova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri