Previous Next
Bağla

Ustam layihəsinin təqdimatı keçirildi-Fotolar

13-09-2015 18:00
Ustam layihəsinin təqdimatı keçirildi-Fotolar

Ustam sabah səhər 9:00-dan etibarən xidmətə başlayır.

Məlumat verdiyimiz kimi, bir müddət əvvəl gənclərimiz yeni startap yaratdılar.

Yeni layihə-Ustam tətbiqetmə və ya zənglə ustaların verilən ünvana göndərilməsi və təmirə ehtiyacı olan  əşyanın qısa müddətdə və sürətli təmirini təşkil edir.

Bu gün Ramada Hotel Baku-da  Ustam layihəsinin  böyük açılış mərasimi baş tutub.

Xeberler.az-ın məlumatına görə, tədbirdə İT mütəxəssislər və digər maraqlı tərəflər iştirak edib.

Layihənin rəhbəri Murad Həsənzadə  tədbir  iştirakçılarına Ustam haqda geniş məlumat verib. O, Ustam ideyasının yaranmasından danışıb:

“Ustam layihəsinə bənzər başqa bir proqram olub. Lakin Ustam layihəsi həmin proqramın tam  təkmilləşdirilmiş formasıdır. Ustam layihəsinin hazırlıqlarına iyunun 10-dan başladıq. Layihənin komandasını formalaşdırdıq. Ustam-da hazırda 4 nəfər fəaliyyət göstəririk. Layihənin dizaynı, saytı, serveri öz komandamız tərəfindən hazırlandı”.

Layihə rəhbəri  mərasimdə ilk dəfə Ustam layihəsinin rəsmi saytını təqdim edib.

O qeyd edib ki, Ustam-ın xidmətindən  mobil tətbiq və çağrı mərkəzi vasitəsi ilə istifadə etmək mümkün olacaq.

Qeyd edək ki, Ustam-ın Android telefonlar üçün mobil tətbiqi hazırdır. Layihənin iOS istifadəçiləri üçün tətbiqinin  hazırlanması istiqamətində fəaliyyət davam edir.

Murad Həsənzadə iştirakçılara Ustam-dan istifadə qaydaları barədə geniş məlumat verib.

Layihə rəhbəri gələcək planlarını da mərasimdə açıqlayıb:

“Məqsədimiz 6-9 ay ərzində böyük şirkət olmaqdır. Bu müddətdə 12-dən çox müxtəlif kampaniyalar təşkil etməyi düşünürük. Bir ildən sonra isə respublikanın böyük rayonlarda da Ustam xidmətə başlayacaq".

Murad Həsənzadə qeyd edib ki, Ustam layihəsi yalnız yerli bazar üçün yox, həmçinin, qlobal bazarda fəaliyyət göstərmək üçün düşünülüb.

Layihə rəhbəri vurğulayıb ki, Ustam-la ölkədə bu sahədə olan işsizliyi də azaltmağa çalışacaqlar:

“Məqsədimiz, evdə yaxşı usta olub, amma özünü başqa yerdə göstərə bilməyən ustaları üzə çıxarmaqdır. Məlumdur ki, keyfiyyətli  xidmət göstərən tanınmış ustaların işləri çox olur, onların əksər vaxt işə ehtiyacı olmur. Bəzən onların köməyinə ehtiyac olanda günlərlə gözləməli  olursan. Bütün bunları nəzərə alaraq  ustaları bir yerdə toplamaq qərarına gəldik. Ustam-ın tərkibində ikinci proqram- Ustam Partner tətbiq etməyi düşünürük. Belə ki,  proqramda işə ehtiyacı olan və bu sahədə bacarığı olan ustalar  qeydiyyatdan keçəcəklər. Onlar özləri haqda informasiyaları sistemə daxil edəcəklər. Onlara uyğun münasib yerlər olan halda ustalara  uniformalar veriləcək və onlar təmirə ehtiyac olan yerə göndəriləcək. Ustam Partner 6 aydan sonra fəaliyyətə başlayacq”.

Ustam-la bağlı geniş və ətraflı yazımızı buradan oxuya bilərsiniz. 

Məltəm Talıbzadə

 

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ustam layihəsi bu gün təqdim olunacaq

13-09-2015

Ustam layihəsinin təqdimatı keçiriləcək

09-09-2015

Ustam-ın saytı istifadəyə verildi

14-09-2015

Usta axtarmaq probleminiz olmayacaq: yeni startap gəlir

25-08-2015

Ustaları bir yerə toplayan Ustam-dan- Reportaj

28-08-2015

Yerli məhsul Ağıllı Qolbaq Azərbaycanı dünyaya tanıdacaq- Reportaj

12-02-2016

“Öz İdeyanı Gerçəkləşdir” layihə müsabiqəsinin təqdimatı keçirilib

18-10-2015

Startap layihələrimiz Britaniya şirkətinə təqdim olunacaq

04-04-2016

Wayra Pitch Day üçün seçilmiş layihələr açıqlandı

01-04-2016

4 startap layihəmiz 10 min üçün yarışacaq

18-12-2015

Qalib startaplar xarici mentor dəstəyi və pul mükafatı qazanacaq-Müsabiqə

30-06-2016

Startap Azərbaycan 2016-da iddiaçı layihələri tanıyaq

23-04-2016

Britaniya şirkəti hansı startaplara yatırım edəcək?

03-05-2016

Startaplarımız Silikon Vadisi mütəxəssisləri qarşısında təqdimat edəcək

14-12-2015

Milli Net 2015 Nominantları hansı saytlardır?

03-12-2015

Startap Azərbaycan 2016-nın qalibləri açıqlandı- Fotolar

01-06-2016

34 startap layihəmizdən hansılar qalib olacaq?

16-12-2015

Milli Net-də Nominant statusu alan Facebook səhifələri

16-12-2015

Startap Azərbaycan 2016-da 20 startap mübarizə aparacaq

05-05-2016

Mərkəz direktoru: “Startap komandaları çox az və həvəssiz işləyir”

11-01-2017

Bakcell startap layihələrinə dəstək verir

04-05-2016

İT gəncləri bir araya toplayan - WebMən təqdim olunacaq

30-07-2015

Startap Azərbaycan 2016-nın yarımfinalçıları açıqlandı

17-05-2016

Futbol oynayacağınız stadionları onlayn seçə biləcəksiniz- Yeni layihə

05-07-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə