“Verilənlərin intellektual analizi” konfransı keçiriləcək

23-06-2015 / 22:27

İyunun 26-dan 29-dək Madriddə “Verilənlərin intellektual analizi” (EDM 2015) mövzusunda səkkizinci beynəlxalq konfrans keçiriləcək.

Hər il müxtəlif ölkələrin ali təhsil müəssisələri və elm cəmiyyətləri tərəfindən təşkil olunan bu tədbir yüksək səviyyəli araşdırmaların müzakirəsi üçün aparıcı beynəlxalq forumdur.

Xeberler.az məlumat verir ki, cari ildə İspaniya Milli Distant Təhsil Universiteti (UNED) nəzdindəki Beynəlxalq EDM Cəmiyyətinin keçirdiyi konfransın əsas istiqamətlərini təhsil haqqında məlumatların araşdırılması ilə nəticələr arasındakı dövrün yekunu, tədris proqramları və tədbirlərin səmərəliliyinin qiymətləndirilməsi, verilənlər əsasında domen biliklərinin əldə olunması, tələbələrin affektiv və emosional vəziyyətlərinin aşkarlanması və aradan qaldırılması, verilənlərin intellektual analizinin inteqrasiyası və pedaqoji nəzəriyyə təşkil edir.

O cümlədən tələbələrlə müəllimlər arasındakı əks əlaqənin və EDM metodlarından alınmış digər istiqamətlərin təminatı, monitorinq və tədris resurslarından istifadə edən jurnalların analizinin nəticələri, analitik metodlara uyğunlaşma üzrə tövsiyə və təcrübələr, sosial və birgə tədrisdə verilənlərin intellektual analizi və EDM-ə dair yanaşma və tədqiqat metodları konfransın əsas müzakirə mövzularındandır.

 

Xeberler.az

 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə