“ASAN İmza” Ümumdünya Görüşü-2021 mükafatına namizəd olub

18-03-2021 / 16:32

“B.EST Solutions” şirkəti tərəfindən təqdim edilən Azərbaycanın mobil identiteti hesab olunan “ASAN İmza”, BMT-nin Beynəlxalq Elektrokommunikasiya İttifaqının himayəsi altında İnformasiya Cəmiyyəti məsələləri üzrə yüksək səviyyədə Ümumdünya Görüşü-2021 mükafatına namizəd olub.

Xeberler.az-ın məlumatına görə, Şirkətdən bildirilib ki, təqdim olunan 1270 layihədən 360 layihə onlayn səsvermənin cari mərhələsinə namizəd göstərilib. İştirakçılar martın 31-dək 18 nominasiyanın hər birində bir layihəyə səs verə bilərlər. Əhatəli rəqəmsal identitet sahəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində reallaşdırılan ən yaxşı təcrübə layihəsi kimi “ASAN İmza” mobil elektron imza digər 20 layihə arasında 10-cu nominasiyaya - “Hökumətlərin və bütün maraqlı tərəflərin İKT-nin inkişafındakı rolu” nominasiyasına layiq görülüb.

“ASAN İmza” layihəsinin təsvirində qeyd olunub: “Düzgün fəaliyyət göstərən hər bir informasiya cəmiyyətinin inkişafı təhlükəsiz rəqəmsal identitet infrastrukturunun yaradılması ilə başlayır. Gələcək rəqəmsallaşdırma üçün kritik çıxış nöqtəsi kimi elektron hökumətdən elektron ticarətə qədər - rəqəmsal identitetin funksional sistemi davamlı iqtisadi yüksəliş üçün imkanlar yaradır və vətəndaşlar üçün yüksək keyfiyyətli və əlçatan dövlət xidmətləri təqdim edir”.

İnformasiya Cəmiyyəti məsələləri üzrə Ümumdünya Görüşünün Fəxri Mükafat müsabiqəsi davamlı inkişaf və görüşün fəaliyyət istiqamətləri sahəsində BMT-nin məqsədlərinin reallaşdırılması çərçivəsində dünya səviyyəsində uğurlu layihələri müəyyənləşdirən və nümayiş etdirən unikal bir qlobal platformanı əks etdirir.
Maraqlı tərəflərin sorğularına cavab olaraq hazırlanmış Fəxri Mükafat müsabiqəsi davamlı inkişaf istiqamətində informasiya və kommunikasiya texnologiyalarının imkanlarını istifadə edən layihələrin və tədbirlərin qiymətləndirilməsi üçün effektli mexanizm yaratmağı əsas hədəf hesab edir.

Görüş iştirakçıları martın 31-dək iştirak etməyə və səs verməyə dəvət olunurlar.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə