«Toshiba»dan yeni 128 giqabaytlıq fləş-yaddaş modulu

17-07-2010 / 03:13

“Toshiba” şirkəti rekord həcmdə flaş-yaddaş modulunu təqdim edib. 128 giqabaytlıq çip smartfon, planşet kompyuterlərində və digər portativ qurğularda tətbiq edilə bilər.

 

Xeberler.az-ın nauka21vek.ru saytına istinadən verdiyi xəbərə görə,  yapon şirkətinin hazırladığı yaddaş modulu hər biri 8 giqabayt həcmində olmaqla 16 NAND-çipdən ibarət olacaq. Bir çipin qalınlığı 30 mikrometrdir. Yeni çiplərin qiyməti ilə bağlı hələ ki, heç bir məlumat verilməyib. Həmin qurğular 2011-ci ildə satışa çıxarılacaq.

Yeni modullar mobil qurğuların yaddaş həcmini əhəmiyyətli dərəcədə artıracaq.

Belə ki, 128 giqabaytlıq yaddaşda 1080p formatında olan 16 saatlıq HD-video və ya 2200 saatlıq musiqi parçalarını saxlamaq olar.

 

 

V.ELMAR


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə