“DATA Mərkəzinin yaradılması təhsilin idarə edilməsində çevik mexanizmin işlədilməsinə kömək edəcək”

11-06-2009 / 19:56

Bu  sözləri Təhsil naziri Misir Mərdanov Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması idarəsi Məlumat və Resurs Mərkəzinin rəsmi (DATA Mərkəzi) açılış mərasimində deyib.

Təhsil Naziri Misir Mərdanov, Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və bir çox dövlət rəsmiləri mərkəzlə yaxından tanış olublar. Təhsil Nazirliyinin təhsil sisteminin informasiyalaşdırılması idarəsinin rəisi Samir Məmmədov Mərkəz haqqında ətraflı məlumat verib.

Təhsil naziri avadanlıqları gözdən keçirdib və virtual olaraq bir neçə məktəblə Call-mərkəzi, qaynar telefon xətti vasitəsilə əlaqə saxlayıb. Məktəb direktorlarına tədris prosesi ilə bağlı suallar verib.

DATA Mərkəzi “2008-2012 –ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə dövlət Proqramı” çərçivəsində yaradılmışdır. Mərkəzə 7 mindən çox təhsil müəssisəsi qoşulacaq və onun resurslarından istifadə edəcək. Hələlik isə 200 seçilmiş təhsil ocağı (Bakı, Sumqayıt, Gəncə,Şəmkir, Goranboy ) bu mərkəzdə birləşir.

Mərkəz hələlik 30 min Meqabit internet alacaq. Mərkəzlə əyani tanış olduqdan sonra, nazir jurnalistlərin suallarını cavablandırdı, müəyyən məsələlərə aydınlıq gətirdi. Misir Mərdanovun sözlərinə görə, DATA Mərkəzinin yaradılması təhsil sahəsində mövcud çətinlikləri aradan qaldıracaq. Təhsilin idarə olunmasında statistik məlumatların çox böyük rolu var. Dünya bankının təklifi ilə Təhsil Nazirliyində təhsilin idarə olunmasının məlumat statistikası adlı şöbə yaradılıb. Şöbənin bütün təhsil sahəsindəki məlumatları öyrənməsi çox çətindir.

DATA Mərkəzlə təhsil sahəsində baş verən hadisələrdən dərhal xəbərimiz olacaq. Müəllimlərin, şagirdlərin statistikası, onlar haqqında bütün bilgilər bir bazada toplanacaq. Mərkəzin yaradılması təhsil sahəsində idarəetmədə çevik mexanizmin işlənilməsinə kömək edəcək. Hal-hazırda böyük təhsil portalı fəaliyyət göstərir.Təhsillə bağlı bütün informasiya toplanılır. Həm daxili, həm də təhsil sistemində çalışanlar və təhsil alanlar birbaşa bu mərkəzə qoşula biləcək və təhsil resurslarından yararlanacaqlar. İnternetlə bağlı filtrlər qoyulacaq.

Təhsil sahəsində internetdən istifadədə neqativ halların yayılmasının qarşısı alınacaq. Valideynlər də bu işdən yararlıana biləcək. Təhsil müəsissələri haqqında əvvəlcədən bilgiyə malik olacaqlar. İctimaiyyət təhsil sistemindən daha geniş şəkildə xəbərdar olacaq. Müəllimlər müxtəlif treninqlər keçiblər.20 min müəllim kompüter biliklərinə yiyələnib. Azərbaycanda təxminən 170 min orta, 200 mindən çox ali məktəb müəllimi var. Konfransda həmçinin vurğulanıb ki,təkcə informatika müəllimləri deyil, bütövlükdə təhsil sistemi kompüterdə işləməyi bacarmalıdır.

DATA Mərkəzinin serverində Azərbaycan məktəblərinin elektron xəritə bazası da yerləşdirilmişdir. www.school.edu.az saytı artıq istifadəyə verilib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə