“Qrinpis” təşkilatı “yaşıl” elektronika istehsalçılarının reytinqini açıqladı
“Qrinpis” təşkilatı kompüter və digər texniki avadanlıqlar istehsalçılarının ətraf mühitə qayğı göstərmələri ilə bağlı doqquzuncu reytinqini elan etdi.
Reytinqdə fin mobil telefonlar istehsalçısı Nokia 10 baldan yeddisini toplayaraq birinci yeri tutub. Nokianın birinciliyi Hindistanda köhnə texnikanın yığılması üçün böyükmiqyaslı aksiya keçirməsi ilə izah olunur.
Buraxılan məhsulların energetik effektinə böyük diqqət göstərən Cənubi Koreya istehsalçısı Samsung, 5,9 balla ikinci yerdədir.
Fujitsu Siemens Computers 2010-cu ilə istehsal etdiyi texnikadan polivinilxlorid (PVC) və antipirin bromu (BFR) kimi zəhərli maddələri tamamilə çıxarmağı vəd etdiyinə görə üçüncü yerin sahibidir. Yeri gəlmişkən, bu maddələrdən istifadəni kəsməyi Apple şirkəti də söz verib.
Reytinq təşkilatçıları İntel korporasiyasını da vurğulayıblar. Intel bu günlərdə Xeon 5400 server çiplərini buraxıb ki, onların prosessor tranzistorlarında zəhərləyici antipirin bromu yoxdur.
“Qrinpis”in yaddaşında mənfi göstəricilərlə qalan Philips şirkəti olub. Belə ki, ətraf mühitin münafizəçilərinin qənaətinə görə, şirkət köhnə texniki avadanlıqların yığılmasına və onların utilizasiyasına az diqqət ayırır. Reytinqin “qapısı arxasında” qalanlar isə 2,2 balla Microsoft və 0,8 balla Nintendo şirkəti olub.