AIF bəzi internet resurslara girişin məhdudlaşmasına münasibət bildirdi

11-03-2010 / 01:13

Azərbaycan İnternet Forumunu bildirir ki, son günlər bir sıra internet resurslara, xüsusilə də Azadlıq Radiosunun www.azadliq.org  və www.azadliqradiosu.az  internet  resursuna, www.yahoo.com  və www.facebook.com  resurslarına ölkə ərazisindən girişlə  bağlı ciddi məhdudiyyətlər  yaranıb.

Xeberler.az-ın verdiyi məlumata görə, bu günlər ərzində bir sıra provayderlərin istifadəçiləri  adı çəkilən resurslardan, ümumiyyətlə, istifadə edə bilməmişlər və www.azadliq.org resursuna girişlə bağlı  problemlər hələ də qalmaqdadır.

6 mart  tarixindən etibarən AİF -in mütəxəssisləri  və bir  sıra ekspertlər tərəfindən  baş  verən  məhdudiyyətlərin mahiyyətinin araşdırılması, problemləri törədən səbəblərin müəyyən edilməsi istiqamətində intensiv işlər aparılmışdır. Aparılan  araşdırmalar nəticəsində müəyyən olunub ki, həqiqətən də bir sıra Provayderlər  vasitəsilə adı çəkilən  resursa girişlə  bağlı ciddi əngəllər var. Provayderlərin də bir  çoxu  ölkə daxilindən bu resurslara girişlə  bağlı şəbəkədə müəyyən problemlərin olduğunu, lakin onlar tərəfindən hansısa süni əngəllərin yaradılmadığını  qeyd ediblər.  Adı çəkilən resursa  digər ölkələrin ərazisindən giriş sərbəstdir.
Ölkənin əsas internet təchizatçısı olan Delta Telekom şirkətinin mütəxəssisləri adı çəkilən informasiya resursuna  girişin məhdudlaşdırılmasının texniki problemlərlə bağlı ola biləcəyini vurğulayıblar.

Bununla  belə problemin mahiyyətini tam dəqiqliyi ilə müəyyən etmək, saytlara girişi əngəlləyən səbəbləri konkret müəyyən edib aradan qaldırmaq mümkün olmamışdır.

İstifadəçi auditoriyası kifayət  qədər  geniş olan bir  informasiya  resursu ilə bağlı ölkədə yaranmış bu vəziyyət cəmiyyətdə birmənalı qarşılanmayıb. AİF təəssüflə bildirir ki, problemin mahiyyəti və səbəbləri ilə bağlı  vaxtında məlumat verilmədiyindən bununla  bağlı ölkə daxilində və xaricdə həqiqətə uyğun olmayan məlumatların da yayılmasına rəvac verilib.

AİF  bildirir ki, istənilən halda vətəndaşların informasiya  hüququnun əngəllənməsi, normal informasiya mübadiləsinin pozulması yolverilməzdir. AİF xatırladır ki, heç bir  hüquqi əsaslar olmadan, həmçinin, texniki-texnoloji problemlərin yaşanması üçün ciddi əsaslar olmadığı bir şəraitdə  informasiya resurslarına girişin mümkün olmaması vətəndaşların informasiya azadlığının, normal informasiya mübadiləsi aparmaq  hüququnun pozulmasıdır.  Bütün bunlar isə sonda , heç bir əsas olmadığı halda, Azərbaycanın bu sahədə əldə etdiyi uğurları, ölkənin   beynəlxalq imicini də  ciddi  zərbə altında  qoya  bilər.

AİF problemlə bağlı  təcili olaraq aidiyyatı qurumların, Delta Telekom şirkətinin məsləyə rəsmi münasibət bildirməsini, problemin aradan qaldırılması istiqamətində müstəqil ekspertlərlə birgə ciddi tədbirlərin görülməsini zəruri hesab edir.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə