Bakıda Azərbaycan Media Mərkəzi (AMM) və İREX beynəlxalq təşkilatının təşkilatçılığı ilə “İnternet azadlığı və təhlükəsizliyi” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə “Freedom House” beynəlxalq hüquq müdafiə təşkilatının 2011-ci il üçün internet azadlığı ilə bağlı hesabatının Azərbaycana dair hissəsi müzakirə olunub.
Media Hüququ İnstitutunun koordinatoru Xalid Ağəliyev “Freedom House”un hesabatının Azərbaycanla əlaqəli hissəsinin təqdimatını edib. O bildirib ki, Azərbaycan hesabatda 10 mümkün xaldan 48-ni toplayıb və internet üzrə “qismən azad” ölkələr sırasında göstərilib. Hesabatda ölkə əhalisinin yalnız 12 faizinin internetə qoşulma imkanlarının olduğu, internetə maraq göstərən digərlərinin isə internet-klublara üz tutduğu qeyd edilib. Sənəddə deyilir ki, Azərbaycanda internet sahəsində inhisarçılıq var. 3G mobil rabitə xidmətinin ölkədəki üç mobil operatordan yalnız birinə verilməsi də təəssüflə bildirilib.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tənzimlənmə şöbəsinin baş məsləhətçisi Zakir Qasımov “Fredoom House”un hesabatından xəbərdar olduqlarını və öyrəndiklərini vurğulayıb. O, üç hissədən ibarət hesabatda göstərilən fakt və rəqəmlərin əsassız olduğunu söyləyib: “Məsələn, hesabatda mobil telefon istifadəçilərinin sayı 2009-cu ildə olan rəqəmləri əks etdirir. Halbuki 2011-ci il yanvarın 1-nə olan məlumata əsasən ölkədə 9 158 019 mobil telefon abonenti var. Azərbaycanda internetin qiymətləri bir müddət öncə endirilib. Yəqin ki, qiymətlərə bir daha baxılacaq”.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri