“Elektron xidmətlərə keçid: mövcud vəziyyət və perspektivlər” mövzusunda Dəyirmi Masa keçiriləcək.

02-11-2011 / 10:20

Multimedia Mərkəzi tərəfindən 04 noyabr 2011 – ci il  tarixdə  Beynəlxalq Mətbuat Mərkəzində “Elektron xidmətlərə keçid:  mövcud vəziyyət və perspektivlər” mövzusunda  Dəyirmi Masa keçiriləcək.

Tədbirdə  dövlət xidmətlərinin elektron formada təqdim edilməsi sahəsində mövcud vəziyyət ətrafında müzakirələr aparılacaq və Multimedia Mərkəzinin bu istiqamətdə hazırladığı Təkliflər müzakirə olunacaq. Hansı xidmətlərin elektron formada təqdim edilməsinin zəruriliyi, vahid Portala verilən tələblər, vətəndaş –hökumət münasibətlərinin effektiv qurulmasında elektron xidmətlərin əhəmiyyəti ilə bağlı maraqlı tərəflərin iştirakı ilə diskussiya aparılacaq.

Dəyirmi Masada həmçinin Prezidentin 23 may 2011-ci il tarixli Elektron xidmətlərin təşkili ilə bağlı Sərəncamında nəzərdə tutulanların gerçəkləşməsi istiqamətində vətəndaş cəmiyyətinin rolu  ilə bağlı müzakirələr  aparılacaq.

Müzakirələrin yekununda əldə olunan Təkliflər ümumiləşdirilərək hökumətə təqdim olunacaq.

Dəyirmi Masada dövlət orqanlarının, vətəndaş cəmiyyəti  subyektlərinin, beynəlxalq  təşkilatların və media qurumları  nümayəndələrinin iştirakı nəzərdə tutulur.
 

Günel/Xeberler.az


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR







sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə