QKDK elektron xidmət spektrini 19-a çatdırıb

06-04-2012 / 19:59

Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) elektron xidmət spektrini genişləndirib.

Xəbərlər-in verdiyi məlumata görə, bu ilin aprelindən QKDK-nin portalı vasitəsilə (www.scs.gov.az) daha 5 növ elektron xidmətdən istifadə imkanı yaranıb.
Vətəndaşlar, qiymətli kağızlar bazarının peşəkar istifadəçiləri, qiymətli kağız emitentləri, lotereya oyunlarının təşkilatçları və s. QKDK-ya elektron formada müraciət, məlumat mübadiləsi edə, hesabat verə bilərlər. Bunun üçün elektron imza yetərlidir.

QKDK KİV üçün məlumatda bildirir ki, elektron xidmətdən 2011-ci ilin iyunundan istifadə edilir.

Xeberler.az/Günel


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə