Azərbaycan İnternet Forumunun təşkilatçılığı və İREX Media Azərbaycanın dəstəyi ilə oktyabrın 31-də Azərbaycan İnternet İdarəçiliyi Forumu mövzusunda Milli Konfrans keçiriləcək.
Milli Konfransın məqsədi 6-9 noyabr tarixlərində Bakı şəhərində keçiriləcək beynəlxalq Inetrnet Governance Forum (İnternet İdarəçiliyi Forumu) ərəfəsində milli İnternet infrastrukturun vəziyyəti ilə bağlı peşəkarların və ekspertlərin iştirakı ilə müzakirələr aparmaqdır.
Məlum olduğu kimi bu beynəlxalq əhəmiyyətli tədbrin Azərbaycanda təşkil olunması ilə bağlı AİF tərəfindən 13 iyul 2012-ci il tarixdə xüsusi Müraciət qəbul edilib.
Müraciətdə tədbirin ölkəmiz üçün əhəmiyyəti vurğulanmaqla bərabər təcrübə mübadiləsi və mövcud aktual problemlərin həlli istiqamətində də mühüm rol oynayacağı bildirilib. AİF ölkənin bütün ərazisində keyfiyyətli İnternetə əlçatımlılığın təmin edilməsi, milli domenin qeydiyyatının liberallaşdırılması, dövlət və qeyri-dövlət internet resursların informasiya təhlükəsizliyinin qorunması, onlayn şəffaflıq və elektron xidmətlərin inkişaf etdirilməsi kimi məsələlərin həllinin Azərbaycan İnterneti üçün aktual olduğunu vurğulayıb.
Konfransda qeyd olunan problemlərin səbəbləri və aradan qaldırılması istiqamətində dövlət, özəl və vətəndaş cəmiyyəti qurumlarının, beynəlxalq təşkilatların iştirakı ilə müzakirələrin aparılması, onların aradan qaldırılması yollarının müvafiq qurumlara və geniş ictimaiyyətə çatdırılması nəzərdə tutulub.
Konfrans Azərbaycanda İnternet İdarəçiliyi, İnformasiya təhlükəsizliyi və yeni media mövzusunda 3 sessiyadan ibarət olacaq.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri