Ev üçün media-mərkəz təqdim edildi

26-02-2013 / 15:19
Kompüter istehsalı üzrə ixtisaslaşmış Velocity Micro şirkəti Windows 8 Pro Əməliyyat Sistemində işləyən ev üçün Raptor MultiPlex media-mərkəzini təqdim edib. 
 
Xeberler.az məlumat verir ki, kompüter alüminium korpusdan ibarətdir. İstehsalçı Intel Ivy Bridge aparat platformasını tətbiq edib: konfiqurasiyaya dördnüvəli 3,5 GHs tezlikli Core i7-3770K prosessoru daxil edilib. Əməli yaddaşın həcmi 16 Gb-dır. 
 
Sistem yaddaşı qismində 1 Tb həcmli vinçester və ya 480 Gb həcminə malik sərtcisimli disk təklif edilir. Bundan əlavə, ümumi həcmi 6 Tb-dək olan 3 sərt diskin quraşdırılması da mümkündür. 
 
Qrafiki təsvirin emalını 2 Gb yaddaşlı GeForce GTX 680 diskret sürətləndiricisi təmin edir. Media-mərkəzin dəstinə Wi-Fi və Bluetooth 4.0 simsiz rabitə adapterləri, eləcə də üç televiziya tuneri daxil edilə bilər. Həmçinin Gigabit Ethernet şəbəkə kontrolleri, optik qurğu (DVD və ya Blu-ray), çoxformatlı kardrider və 9.1 formatlı səs kontrolleri həmin dəstə aiddir.
 
 
Xeberler.az

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə