İnternet texnologiyaların, sosial servislərin tədris prosesində rolu mövzusunda Təlimlər başlayıb

30-04-2013 / 13:41
Multimedia Mərkəzi tərəfindən “Müəllimlər üçün sosial servislər və İnternet texnologiyalar”  mövzusunda Təlimlərə start verilib.

Təlimlərin məqsədi  İKT- dən istifadə edən müəllimlərin peşəkarlığının artırılmasına və sosial servislərin pedaqoji imkanlarından effektiv istifadə  edilməsinə  dəstək verməkdir.

Ümumtəhsil müəssisələrinin  müxtəlif fənn müəllimləri üçün nəzərdə tutulan  Təlimlər 132 - 134 saylı Təhsil Kompleksində təşkil olunur və 5 gün davam edəcək.
Təlimlərin ilk günü yeni media mütəxəssisi  Azər Nəzərov və təhsil eksperti Almaz Həsrət “ Bloqlar , onların pedaqoji imkanları və tədris prosesində effektiv istifadə üsulları” mövzusunda Təlim keçiblər.

Növbəti Təlimlərdə digər web2.0 alətlərindən , təhsil yönümlü sosial servislərdən , mobil texnologiyalardan tədris prosesində səmərəli istifadə imkanları, onların pedaqoji imkanlarının üzə çıxarılması sahəsində bilik və bacarıqlar əldə edəcəklər.

Multimedia Mərkəzi bildirir ki, Layihə Təhsil sisteminin informasiyalaşdırılması idarəsi ilə əməkdaşlıq şəraitində gerçəkləşir.

Layihə İREX təşkilatı tərəfindən dəstəklənib.

Təlimlərin gedişi ilə bağlı fotolar : https://www.facebook.com/media/set/?set=a.565428863497249.1073741829.445789375461199&type=1

ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR







sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə