Mesajlaşma proqramları qadağan olunacaq

14-01-2015 / 10:10

İngiltərənin baş naziri David Kameron WhatsApp, iMessage kimi mesajlaşma proqramlarının qadağan edilməsinin vacib olduğunu bildirib.

Baş nazirə görə, iki adamın arasında baş verən və lazım olduğunda kəşfiyyat səlahiyyətlilərinin görə bilmədiyi mesajlar milli təhdid ünsürləri arasındadır.

Kameron may ayında İngiltərədə keçiriləcək olan ümumi seçkilərdə yenidən seçilsə, WhatsApp, iMessage və Snapchat kimi mesajlaşma proqramlarını qadağan etmək istədiyini söyləyib.

İngiltərə hökuməti qadağanı  2016-cı ildən həyata keçirməyi planlaşdırır.

 

                                                                        Sevil Rəsulzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə