Bakıda İnternet idarəçiliyi mövzusunda konfrans keçirilir- Fotolar

01-03-2016 / 11:49

Hazırda Bakıda Avropa İttifaqı və Avropa Şurasının dəstəklədiyi  İfadə Azadlığı və Media Azadlığı layihəsi çərçivəsində “İnternet və İnsan Hüquqları”  mövzusunda konfrans keçirilir.

Konfrans RYTN, Azərbaycan İnternet Forumu və Mətbuat  Şurası ilə əməkdaşlıq çərçivəsində keçirilir.

Xeberler.az-ın məlumatına görə, konfransda  Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Vüqar Səlimov, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz  iştirak edir.

Bununla yanaşı,  konfransa Avropa  Şurasının Azərbaycan ofisinin rəhbəri Dragana Filipoviç , ofis rəhbərinin müavini, Azərbaycan Respublikası Ombudsman Aparatının ,Azərbaycan Mətbuat Şurasının rəsmiləri və ekspertlər də qatılıb.

Bu gün Bakıda keçirilən "İnternet və İnsan Hüquqları"mövzusunda tədbir böyük əhəmiyyət kəsb edir. Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin fəaliyyəti cəmiyyətdə ifadə və media azadlıqlarının təmin edilməsində əsas vasitəçi sahələri ifadə edir.

Xeberler.az bildirir ki,  bunu "İnternet və İnsan Hüquqları" adlı tədbirdə rabitə və yüksək texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib.

O, deyib ki, bu gün internet iqtisadiyyatın bütün sahələrinə nüfuz edib. Bir çox inkişaf etmiş ölkələrdə internetin ÜDM-də payı təqribən 10 faiz  təşkil edir:

 " Eyni zamanda internetə sərbəst və münasib girişin təmin olunması demokratik dəyər hesab edilir. Hazırda RYTN  Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı çərçivəsində ölkəni təmsil edərək, Aİ-nin rəqəmli bazarların uyğunlaşdırılması strateji təşəbbüs proqramında fəal iştirak edir. Azərbaycanda son illərdə ölkənin bütün sahələrində ən müasir yanaşmaların tətbiqi müsbət nəticələr verməkdədir”.

 "İnternet və insan hüquqları" mövzusu Azərbaycan üçün kifayət qədər aktualdır. Azərbaycan internetini yaşı çox azdır, təxminən 25_dir. Bu az müddət olsa da, Azərbaycan bu sahədə böyük iş görüb. Ötən dövrdə Azərbaycan internetində kifayət qədər kəmiyyət və keyfiyyət dəyişiklikləri baş verib.

 Bunu  isə tədbirdə Azərbaycan İnternet Forumunun prezidenti Gündüz Osman bildirib. Lakin Azərbaycanda keyfiyyətli internetə əlçatarlılıq sahəsində müəyyən problemlər olduğunu önə çəkən O. Gündüz deyib ki, xüsusən regionlarda keyfiyyətli internetə əlçatarlılıqla bağlı kifayət qədər ciddi problemlər mövcuddur.

"Bizdəki problemlərin əksəriyyəti iqtisadi, texniki səbəblərdən qaynaqlanır. Eyni zamanda hesab edirəm ki, ciddi məqamlardan biri Azərbaycan internet bazarının 50 faizinə dövlət provayderləri nəzarət edir. Hesab edirəm ki, bu kifayət qədər ciddi məsələdir. İndi Azərbaycanda internet bazarında sanki planlanmış rəqabət gedir", - deyə O. Gündüz bildirib.

Azərbaycan İnternet Forumunun prezidenti hesab edir ki, burada müəyyən islahatlar həyata keçirilərsə, problemlər daha tez aradan qalxar. Azərbaycan internetinin inkişafı daha sürətlə inkişaf edər: "Məsələn, son bir neçə ayda ölkə üzrə internetə əlçatarlılıqda ciddi problemlər yarandı. Xeyli müddət ölkə üzrə internet olmadı, hesab edirəm ki, bu Azərbaycanın indiki inkişaf səviyyəsinə uyğun məsələ deyildi, belə olmalı deyil. Bu yaxınlarda dövlət qurumlarının internet resursları ilə bağlı problemlər oldu. Bunlar texnoloji məsələlərdən də qaynaqlanır, amma bunların olmamağı daha yaxşı olardı".

 

 

Məltəm Talıbzadə

 

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə