“Azərbaycanda 76 faiz internet istifadəçisi var”

01-03-2016 / 10:34

“Azərbaycan əhalisinin 70 faizdən çoxu ( təxminən 76 faiz)  internet istifadəçisidir. Onlardan  65 faiz isə genişzolaqli internet istifadə edir”.

Xeberler.az –ın məlumatına görə, bunu Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə  Bakıda keçirilən “İnternet və İnsan hüquqları " mövzusunda keçirilən konfransda  deyib.

Onun sözlərinə görə, ölkədə mobil  və müasir internet xidmətləri yüksək inkişaf edib.

Elmir Vəlizadə vurğulayıb ki, ölkədə internet və bu  xidmətlərdən  istifadə azaddır:

“Ölkə  əhasili harada olmağından aslı olmayaraq yaradılan  rabitə  xidmətlərindən rahat istifadə edə bilər. Azərbaycanda internet  və bu xidmətlərindən  istifadə azaddır. Heç bir quruma, provayderlərə  internetlə bağlı qadağa tətbiq edilib, lisenziya şərtləri qoyulmayıb”.

Nazir müavini deyib ki, ölkədə son vaxtlar populyar sosial şəbəkələrə maraq artıb:

“Son dövrlərdə Azərbaycanda  sosial şəbəkələrdən,  platformalardan istifadə artıb. Vətəndaşlar, hüquqi və fiziki şəxslər internetdən sərbəst şəkildə və qanunauyğun qaydada internetdən istifadə edirlər, saytlar və bloqlar yaradırlar, sosial şəbəkələrdə fəallıq göstərirlər. Ölkədə nəşr olunan bütün qəzet və jurnalların demək olar ki, hər birinin eyni zamanda internet saytları, sosial şəbəkələrdə aktiv səhifələri mövcuddur. Bununla yanaşı, internet media da formalaşıb, indi fəaliyyətlərini ancaq internet üzərindən quran media orqanları, TV-lər və radiolar da var. Azərbaycan hökuməti ölkədə internetin daha da geniş yayılması, ondan inkişaf perspektivləri üçün əlverişli istifadədə maraqlıdır".

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə