Elektron tullantılara nəzarət gücləndirilir

29-12-2015 / 14:38

"Elektron tullantıların idarə edilməsi problemi Azərbaycan üçün də aktualdır və yaxın gələcəkdə bu istiqamətdə qanunvericilik bazasının və emal infrastrukturunun yaradılması sahəsində mühüm addımların atılması planlaşdırılır".

Xeberler.az-ın məlumatına görə,bu haqda AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Bikəs Ağayev bildirib.

Bikəs Ağayevin sözlərinə görə, institutda elektron tullantıların (ET) elmi-texniki problemləri araşdırılır. Tədqiqatların əsas məqsədi e-tullantıların idarə edilməsi üzrə  dünya təcrübəsinin öyrənilməsi, Azərbaycanda mövcud vəziyyətin monitorinqinin aparılması, qabaqcıl idarəetmə sistemlərinin ölkədə tətbiqi üzrə təklif və tövsiyələrin işlənməsi, əhalinin bu sahə üzrə maarifləndirilməsidir.

Ölkəmizdə ET-nin idarə edilməsini tənzimləyən xüsusi normativ hüquqi bazanın (qanunlar, qaydalar, təlimatlar və s.) işlənmədiyini deyən şöbə müdiri bildirib ki, idarəçilik əsasən “İstehsalat və məişət tullantıları haqqında” Qanunla tənzimlənir və ətraf mühitin mühafizəsi sahəsində dövlət siyasətini müəyyənləşdirir.

Qeyd edək ki, elektron və elektrik (elektrotexniki) avadanlıqların tullantıları elektron tullantılar adlanır və beynəlxalq terminologiyada “e-waste” və ya WEEE (Waste Electrical and Electronic Equipment) kimi göstərilir-600 adda avadanlığın tullantıları ET kimi təsnif edilir.

ET-nin ətraf mühitə və insan sağlamlığına ziyanlı təsirinin azaldılmasının ümumi strategiya və prinsipləri BMT-nin “Dayanıqlı İnkişaf Konsepsiyası” sənədində göstərilib. Bu prinsipə görə, qanunla, tullantı halına keçmiş ET-nin idarə edilməsini həmin avadanlıqların istehsalçıları yerinə yetirir. Məsələn, Apple, Hewlet Packard, IBM kimi şirkətlər məhsullarının satıldığı ölkələrin 90 faizində öz məhsullarının 95 faizdən çoxunun utilizasiyasını həyata keçirməklə təsərrüfat dövriyyəsinə qaytarır.

Hazırda ET-nin idarə edilməsi sisteminin işlənməsi və həyata keçirilməsi istənilən ölkə qarşısında duran mühüm məsələlərdəndir və onun səmərəlilik dərəcəsi həmin ölkənin iqtisadi, texnoloji inkişaf səviyyəsinin əsas göstəricilərindən biri kimi qəbul edilir.

Sevinc Çəltikova


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.