Previous Next
Bağla

“Azərbaycan kibertəhdidlərə məruz qalan lider ölkələrdəndir”

25-07-2016 16:14
“Azərbaycan kibertəhdidlərə məruz qalan lider ölkələrdəndir”

Kaspersky Lab şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Müşfiq Məmmədov Reporta-a  müsahibə verib.

Xeberler.az həmin müsahibəni təqdim edir:

- Kaspersky Lab şirkəti Azercell şirkəti ilə "Uşaqların internetdə təhlükəsizliyi"nə dair əməkdaşlığa başlayıb. Digər operatorlarla da belə planlarınız varmı?

- Belə bir əməkdaşlıq yaxşı olar, lakin hələlik belə planlarımız yoxdur. Biz əməkdaşlığa Azərcell şirkəti ilə başlamışıq, bu əməkdaşlığı inkişaf etdirmək niyyətindəyik. İşləyib, yekunlaşdırmalı olduğumuz məqamlar var və hazırda onların üzərində çalışırıq.

- Azərbaycanda kibertəhlükələrin həcmi artıb. Şirkətlərin bundan qorunması üçün Kaspersky-nə kimi həllər təklif edir? Daha çox hansı şirkətlər mühafizə olunmağa maraq göstərir? Azərbaycanda kibercinayətkarları daha çox hansı kontent və seqmentlər maraqlandırır?

- Azərbaycanda istifadəçilərin itkilərinin səviyyəsini qiymətləndirmək çox çətindir. İtkilərin hansı həddə olmasını da dəyələndirmək asan deyil. Fərdi istifadəçilərə gəlincə isə onların hər zaman itkiləri barədə məlumat verdikləri, bunu necə araşdırdıqları məlum deyil. Əlbəttə, itkilər mövcuddur. Biz onları qoruyuruq, onların itkilərə məruz qalmaması üçün çalışırıq. Lakin hər hansı bir rəqəm səsləndirmək çətindir. Təəssüf ki, Azərbaycan üzrə rəqəmlər mövcud deyil. Növbəti ildə biz belə bir statistika tərtib etməyə, müəyyən strukturlarla əməkdaşlıq etməyə çalışacağıq. Müəyyən bir rəqəm söyləmək olduqca mürəkkəb məsələdir, çox vaxt şirkətlər bu cür məlumatların gizlədilməsinə üstünlük verir. Azərbaycan da bu mənada istisna deyil.

- Milli şirkətlərdə İT mədəniyyəti nə dərəcədə inkişaf edib? Yerli şirkətlər internet təhlükəsizliyinə yatırıma nə dərəcədə hazırdır?

- Azərbaycanda kiber-hücumlardan xəbərdar olma dərəcəsi istər şirkətlər, istərsə də fərdi istifadəçilər səviyyəsində yüksək deyil. Özəl sektor mövcud vəziyyətdən daha çox agahdır. Çünki bu, biznesdir və riskləri nəzərə almaq, biznesi qorumaq lazımdır. Belə bir mühafizənin bir hissəsi də informasiya mühafizəsidir. Bu və ya digər şirkətin informasiya şöbəsinə kimin rəhbərlik etməsi, onun nə dərəcədə mütəxəssis olması, öz işini və İT sahəsindəki risklərdən agah olmasından çox şey asılıdır. Əlbəttə, burada maliyyə məsələsini də unutmaq lazım deyil. Mən işini bilən, riskləri dəyərləndirən, antivirus həllərinin önəmini anlayan xeyli İT mütəxəssisə rast gəlmişəm, lakin onlar mühafizə vasitələrinin alınması üçün büdcənin məhdud olduğunu iddia edən rəhbərlərinə təsir etmək üçün kifayət qədər güclü, iradəli deyillər. Belə bir vəziyyətdə nə edə bilərlər ki?! Lakin onlar bilirlər ki, bu, gələcəkdə böyük risklərin yaranmasına səbəb ola bilər. Hər şey bu şirkətlə hansısa hadisənin olub-olmayacağı ilə bağlıdır.

- Сənubi Qafqazda iqtisadiyyatın hansı seqmenti daha vacibdir? Onun inkişaf perspektivlərini necə dəyərləndirirsiz və bu gün əsas problemlər nədən ibarətdir?

- Deyərdim ki, bu, bank sektorudur. İndi Azərbaycanda bankomatların qorunması ilə bağlı banklarla fəal danışıqlar aparırıq. Kaspersky Security-nin bankomat və POS-terminalların mühafizəsi üçün yeni həlləri var. Bu mövzu Azərbaycanda aktualdır. Müxtəlif kiber-hücumlar və ya viruslar sayəsində bankların zərər çəkdiyi, cinayətkarlar vasitəsilə bankomatlardan pul çıxarma halları az deyil. Bu mənada danışıqlar aparırıq, test işlərini həyata keçiririk. Düşünürəm ki, yaxın vaxtlarda Azərbaycanda bankların qorunması sahəsində müəyyən layihələrimiz olacaq.

- Biznesin inkişafı üçün hansı istiqamətlərin perspektivli olduğunu düşünürsüz?

- Bank sahəsindən başqa, bizim sənaye obyektlərinin, son dərəcə mühüm infrastrukturun mühafizəsinə dair həllərimiz var. Bu həllər enerji sektoru, o cümlədən neft sahəsi üçün nəzərdə tutulub. Düşünürəm ki, Azərbaycanda bu həlləri yerli şirkətlərə təklif etmək olar. Artıq onlarla danışıqlar aparırıq, təkliflərimizi irəli sürürük. Azərbaycanda korporativ sektor üçün populyar olan son istifadəçi qurğularının mühafizəsinə dair də həllərimiz var. Fərdi istifadəçilərə gəlincə, bilirsiz ki, Azercell şirkəti ilə olan layihəmiz barədə məlumatınız var. Biz uşaqların mühafizəsinə dair "Kids" proqramı hazırlamışıq. Həmçinin, istifadəçilərin fəaliyyətini izləməyə imkan verən "Kaspersky İnternet Security" adlı həll, bundan başqa, mobil qurğuların mühafizəsi üçün həllimiz - "Kaspersky Mobile Security" var. Bu məhsulları Azərbaycan bazarında təşviq edəcəyik.

- Azərbaycan kiber-hücumlara nə dərəcədə məruz qalır?

- Azərbaycan kibertəhdidlərə məruz qalma səviyyəsinə görə lider ölkələr arasındadır, təxminən bu siyahının orta sırasında qərarlaşıb. Bu, həqiqətdir. Çox vaxt yoluxma təhdidlərinin elektron daşıyıcılar vasitəsilə reallaşdığını görürük. Bu o deməkdir ki, istifadəçilər kompüterlərinə elektron daşıyıcıları qoşduqda, təhlükəsizlik qaydalarına riayət etmirlər. Bu daşıyıcıların haradan olduğu, hara qoşulduqları, hansı məlumatları daşıdıqlarını bilmək lazımdır.

- Azərbaycandan təhdidlər edilirmi?

- İnternet qlobal məhfumdur. Bunu müəyyən etmək çətindir. Hər hansı bir müəssisəyə hücum etmək qərarı verilibsə, bunu istənilən yerdən etmək olar. Daha dorğusu, hakerin yerləşdiyi məkanla hücum üçün istifadə ediləcək qurğu arasında əlaqə yoxdur. O, istənilən yerdə yerləşə bilər və hücumu da istənilən yerdən təşkil etmək olar. Lakin Azərbaycan onlayn təhdidlərə görə "qırmızı" zonada yerləşir və Rusiyadan heç nə ilə fərqlənmir. Mobil təhdidlər və elektron daşıyıcılar vasitəsilə edilən təhdidlər səviyyəsinə görə isə "sarı" zonada yerləşir.

- Azərbaycanın həllər bazarı ilə bağlı bu il üçün proqnozlar nədən ibarətdir?

- Əlbəttə, bu, bankların və sonuncu qurğuların mühafizəsinə aiddir. "Kaspersky Cyber Security", "anti-Ddos" həllərinin fəal şəkildə təşviq olunmasına çalışacağıq. Biz populyar saytları olan şirkətlərlə danışıqlar aparırıq. Virtual vasitələrin mühafizəsinə dair həllər mövcuddur. Bu həlləri Azərbaycanda təklif və təşviq edirik.

 

 Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan kiberhücumlardan daha yaxşı qorunub

17-09-2018

"Kaspersky" kiberhücumların qlobal miqyasda artacağını proqnozlaşdırır

11-04-2023

“Lisenziyasız proqramlardan daha çox fərdi istifadəçilər yararlanır”-Müsahibə

30-08-2016

Ölkədə 12 mindən çox istifadəçi kiberhücuma məruz qalıb

20-02-2018

Azərbaycanda şirkətlər niyə kiber hücuma məruz qalır?

09-11-2017

Kaspersky-in nümayəndəsi: Kiber təhlükəsizliyin tam təmin edilməsinə dair fərdi həllər təklif edirik

29-04-2020

Azərbaycanda 20 faiz istifadəçi internet təhdidləri ilə üzləşib

30-05-2019

Kaspersky Lab şirkəti Kaspersky Security xəttini tamamlayıb

01-08-2019

İT şirkətlər azərbaycanlı istifadəçiləri kiberhücumlardan qoruyacaq

02-08-2017

Şirkətlərə qarşı məqsədli kiber hücumlar artıb

02-02-2018

İnnovasiya həftəsi çərçivəsində Kaspersky Security Day keçirilib

28-10-2019

Azərbaycan biznesinə qarşı kibertəhlükələr iki dəfə artıb

20-07-2016

Azərbaycanda hansı sosial şəbəkələrin daha çox populyar olduğu müəyyənləşdirilib

19-12-2018

“Banklar istifadəçi məlumatını qorumaqda çətinlik çəkir”

12-05-2017

Kaspersky avtomobil sənayesi üçün kiber təhlükələrin təhlili xidmətini təqdim edib

22-01-2021

“Kasperskykorporativ kiber təhlükəsizlik üçün yeni - mərhələli yanaşmaq tətbiq edir”

02-04-2021

Kaspersky Lab fərdi istifadəçilərin müdafiəsini təkmilləşdirir

02-09-2016

Şirkətlərə kiberhücumlardan dəyən zərərin məbləği açıqlanıb

20-09-2016

Kaspersky: 2020-cu ildə istifadəçilər daha çox lokal təhlükələrlə qarşılaşıblar

11-03-2020

İstifadəçilərin 60 faizi antivirus quraşdırmaqda maraqlı deyil

22-02-2019

Azərbaycan istifadəçilərinin ən çox hansı kibertəhdidlərlə rastlaşdığı açıqlanıb

01-11-2018

Azərbaycandakı kompyuterlərin 42 faizində hələ də Windows 7 istifadə olunur

17-05-2021

Kaspersky Lab startap layihələrinə 1 milyon dollar yatırım edəcək

12-05-2016

Azərbaycan istifadəçilərinin üçdə ikisi kibertəhdidlərlə qarşılaşıb

17-07-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə