Previous Next
Bağla

“Samsung” Çin bazarını tərk edir

07-05-2026 / 14:03

Cənubi Koreyanın “Samsung Electronics” şirkəti Çin bazarında televizorlar və monitorlar da daxil olmaqla bütün məişət texnikası məhsullarının satışını dayandırır.

Xeberler.az şirkətin açıqlamasına istinadən məlumat verir ki, qərar sürətlə dəyişən bazar şərtləri diqqətlə nəzərdən keçirildikdən sonra verilib. Satışı dayandırılacaq məhsullara kommersiya displey sistemləri, kondisionerlər, soyuducular, paltaryuyan maşınlar, audio avadanlıqlar, tozsoranlar və hava təmizləyiciləri daxildir.

“Samsung”un çətinlikləri yalnız Çinlə məhdudlaşmır. “Yonhap” xəbər agentliyinin məlumatına görə, artan qlobal qeyri-müəyyənliklər, habelə xammal və komponent xərclərinin qiymətlərinin bahalanması şirkətin məişət texnikası biznesində gəlirliliyi azaltmağa davam edib. Ötən il “Samsung”un televizor və məişət texnikası bölmələri, ümumilikdə 200 milyard Koreya vonu (təxminən 138 milyon dollar) zərər ediblər. Eyni dövrdə “Samsung”un Çindəki satış şirkətinin xalis mənfəəti illik müqayisədə 44 faiz azalıb. Bu dəyişiklik Çin brendlərinin daxili bazar paylarını davamlı olaraq genişləndirməsi ilə əlaqədardır. Çin sənaye məlumat təminatçısı “Runto Technology”yə görə, 2025-ci ildə Çində ümumi televizor tədarükü 32,895 milyon ədədə çatıb. Ən yaxşı 8 yerli brend – “Hisense”, “TCL”, “Xiaomi”, “Skyworth”, “Changhong”, “Haier”, “Konka” və “Huawei” bazarın 94,1 faizini təşkil edib. Sorğuya əsasən, “Samsung”, “Sony”, “Philips” və “Sharp” da daxil olmaqla əsas xarici brendlərin illik tədarükü 1 milyon ədəddən aşağı düşüb və bazarın ən aşağı hissəsində qalıb.

“Yonhap”ın məlumatına görə, “Samsung” Çində mobil cihazlar, yarımkeçiricilər və tibbi avadanlıq sektorlarında fəaliyyətini davam etdirəcək.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə