Previous Next
Bağla

ADİU-nun loqotipi və rəsmi saytı yeniləndi

22-05-2015 15:20
ADİU-nun  loqotipi  və rəsmi saytı  yeniləndi

 Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) innovasiyanın tətbiqi istiqamətində növbəti yeniliklər reallaşdırılıb. Rebrendinq çərçivəsində universitetin müasir tələblərə cavab verən, təkmilləşdirilmiş, yeni imkanlarla zənginləşdirilmiş rəsmi veb saytın təqdimatı keçirilib.

Universitetdən Xeberler.az-a verilən məlumata görə,  Universitetin yeni abreviaturası olan  UNEC (University of Economy) saytın domain adında da öz əksini tapıb. UNEC.EDU.AZ saytında istifadəçilərin lazımı informasiyanın tez bir zamanda əldə etməsi üçün müasir veb-dizayn komponentlərində istifadə olunub. 3 dildə təqdim olunan saytda texniki və proqram təminatı cəhətdən ən müasir yeniliklər tətbiq edilib. HTML5, jQuery, Cross Browser texnologiyalarından və CMS platformasından istifadə olunmaqla təhlükəsizlik amili tam təmin olunub. Universitetin rəsmi veb saytının dünya reytinqində yer alması üçün “Webometrics” tələbləri əsas götürülüb.

   Saytda universitetin struktur bölmələri haqqında məlumat bazası ilə yanaşı elektron kitabxana, sınaq imtahanı, elektron apellyasiya haqqında informasiyalar yer alıb. Yaxın zamanda saytın əlavəsi kimi iOS və Android platformaları üçün mobil tətbiq də istifadəçilərə təqdim olunacaq.

    Rebrendinq çərçivəsində universitetin yeni korporativ loqotipi də təqdim edilib. Hazırlanan yeni loqoda müasir dizayn konsepsiyası prioritet götürülüb. Minimalizm stili bazasında qurulan loqoda əsas komponentlər kimi qlobus, iqtisadi qrafik və kitab yer alıb. Yeni loqonun fəlsəfəsi “qloballaşan dünyada iqtisadi inkişafın əsası elmdir” kimidir.

 Məltəm Talıbzadə 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İqtisad Universiteti tam elekronlaşdırılmış jurnal sisteminə keçir

02-09-2015

Qarabağ Universitetinin yeni rəsmi veb-saytı istifadəyə verilib

12-05-2026

AzTU-nun yeni rəsmi veb-saytı istifadəyə verilib

02-05-2026

Universitetin yeni rəsmi saytı fəaliyyətə başlayır - FOTO

27-01-2015

İqtisad Universitetinin mobil tətbiqi istifadəyə verildi

02-06-2016

“Texnoloji mütəxəssislərə ehtiyac var”

18-02-2016

"İçərişəhər" Qoruq İdarəsinin yenilənmiş saytı istifadəyə verilib

26-12-2025

Ölkəmizdə təhsil almaq istəyən əcnəbilərlə Skype-la müsahibə götürülüb

08-10-2015

Dəniz Akademiyasının veb-saytı yeniləndi

02-04-2018

Əcnəbi tələbələrin UNEC-ə qəbul qaydaları elektronlaşdırılıb

01-07-2015

İqtisad Universiteti yeni texnoparkla bağlı danışıq aparır

02-10-2015

İnformasiya Texnologiyaları İnstitutunun saytı yenilənib

20-04-2016

Qərb Universitetinin saytı yeniləndi

08-08-2015

Dövlət Dəniz Akademiyasının yeni veb-saytı təqdim olundu

10-05-2016

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin veb-saytı yenilənib

11-08-2023

ADİU-da elektron kitabxanın təqdimatı keçirilib

21-04-2015

İqtisad Universitetində Radio UNEC fəaliyyətə başlayacaq

25-06-2015

Azərbaycan dilində yeni idman portalı yaradılıb

03-11-2008

Milli saytlarımızı tanıyaq və faydalanaq

09-07-2015

Milli resurslarımızı daha yaxından tanıyın

30-07-2015

ADA-nın İnformasiya Texnologiyaları və Mühəndislik İnstitutunun saytı hazırlanır

04-08-2015

UNEC-də AVESİS platforması təqdim olunub

29-10-2025

Gələn ildən bütün universitetdə “Elektron Universitet” modeli tətbiq olunacaq

14-10-2015

Təhsil Nazirliyinin yenilənmiş rəsmi saytı təqdim olunacaq

13-07-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə