Elm və Təhsil Nazirliyinin Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında bu il səma cisimlərinin fizika və dinamikası istiqamətində ulduz və qalaktikaların kompleks tədqiqi, eləcə də Günəş və Günəş sistemi cisimlərinin fizika və dinamikası problemləri üzrə 8 mövzu ətrafında tədqiqatlar yerinə yetirilib, mühüm elmi nəticələr əldə olunub.
Xeberler.az bildirir ki, bu barədə Rəsədxananın icraçı direktoru fizika-riyaziyyat üzrə elmlər doktoru, professor Nəriman İsmayılov məlumat verib. O, il ərzində rəsədxana əməkdaşları tərəfindən 30 məqalənin çap edildiyini, onlardan 11-nin WoS və Scopus elmi bazalarına daxil olan jurnallarda öz əksini tapdığını qeyd edib. Əlavə edib ki, 51 tezis ölkə və beynəlxalq səviyyəli konfranslarda məruzə edilib. Professor N.İsmayılov rəsədxananın “Azərbaycan Astronomiya Jurnalı”nın Scopus elmmetrik bazasına daxil edildiyini vurğulayıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları