Yeni startapçılar yetişir - İnkubator Mərkəzindən Fotoreportaj

13-03-2015 / 15:16

Azərbaycan İqtisad Universitetində İnnovativ Biznes-İnkubator (İBİ) Mərkəzi fəaliyyət göstərir. Mərkəzdə tələbələrin startap layihələri, yeni ideyaları müzakirə olunur. İnkubator Mərkəzi tərəfindən onların cəlbedici ideyalarına dəstək verilir.

İnnovativ Biznes-İnkubator Mərkəzinin rəhbəri Mircavid Həsənov mərkəzin fəaliyyəti ilə bağlı məlumat verərək bizi mərkəz ilə yaxından tanış edib.

Mircavid Həsənov deyib ki, İBİ Mərkəzi ötən il mayın 20-də ADİU-nun təsisçiliyi ilə yaradılıb. Hazırda İBİ əsasən 3 istiqamətdə fəaliyyət göstərir: Təlim mərkəzi (müxtəlif təlimlər master klaslar, seminarlar və s.), konsaltinq xidməti (korporativ müştərilər və startaplara biznesin müxtəlif sahələrində konsaltin ximətlərinin göstərilməsi), startap proqramı (startap layihəlrinin seçilməsi, İBİ-nin rezidenti statusu verildikdən sonra maliyyə dəstəyi, ofis, təlim və psixoloji dəstək çərçivəsində xidmətlərin göstərilməsi).

Onun sözlərinə görə, startaplara göstərilən bütün xidmətlər və maliyyə dəstəyi Mərkəz tərəfindən pulsuzdur.

Mərkəzin rəhbəri qeyd edib ki, hazırda İBİ-də 11 startap fəaliyyət göstərir və hər bir startapın fəaliyyəti üçün lazım olan avadanlıqlarla (kompüter avadanlıqları, video çəkiliş avadanlıqları və s.) və işləmək üçün zəruri olan şəraitlə təmin olunub.

İnnovativ Biznes-İnkubator heyətinin tərkibi isə əsasən ADİU-nin əməkdaşları, məzunları və tələbələrindən ibarətdir. Bununla yanaşı, İBİ Mərkəzi digər universitetlərin də tələbə və məzunları ilə əməkdaşlıq edir. Bəzi startap layihələrin komandalarında digər universitetlərdən olan tələbələr var:

“İBİ-nin rezidenti olmaq üçün sadəcə www.ibi.az saytında elektron muraciət formasını doldurmaq lazımdır. Müraciətlərə İBİ-nin expert şurası tərəfindən baxış keçirilir və maraqlı layihələrin müəllifləri İBİ-yə dəvət olunur”.

Onun sözlərinə görə, İBİ-nin RYTN yanında İT-nin İnkişafı Dövlət Fondu tərəfindən həyata keçirilən qrant müsabiqəsinə təqdim etdiyi “Whatto” və “Sosmart” layihələri qalib olub. Bir neçə şirkətlə iki tərəfli fəaliyyət haqqında müqavilələr imazalanıb. Mütəmadi olaraq biznesin müxtəlif sahələrini əhatə edən ödənişsiz seminarlar və master klaslar həyata keçirilir.

O bildirib ki, hazırda İBİ-də Lingvomondo, Uniweb, Prfect Pictures, Profesional Accounting Senter, Bronier, SoSmart, Whatto, Özünü sına, Unimedia layihələri üzərində fəaliyyətlər davam edir.

Mərkəzin rəhbəri Mircavid Həsənov deyir ki, tələbələr tərəfindən uğurlu layihələr irəli sürülərsə, mərkəz bu fəaliyyətin genişləndirilməsi üçün layihəni bütün texniki imkanlar və avadanlıqlarla təmin edir.

Mərkəzdə foto və video çəkilişlər də həyata keçirilir. Montoj və ssenari işlərini tələbələr özləri həyata keçirir.

Hazırda mərkəzdə 7 tələbə çalışır.

Mərkəzdə dizayn işləri də həyata keçirilir. Yeni bir layihə də həyata keçirilir. Belə ki, xüsusi proqram vasitəsi ilə dərs başlayan zaman bütün telefonlar avtomatik söndürüləcək. Layihə startap kimi İT-in İnkişafı Dövlət Fondu tərəfindən dəstəklənib.

Mərkəz rəhbəri onu da bildirib ki, Yüksək Texnologiyalar Parkı tərəfindən təşkil olunan layihələrdə iştirak edirik. Gələcəkdə İnkubasiya dövrü keçmiş startapları fəaliyyətlərini davam etdirmək üçün YTP-yə yönləndirmək nəzərdə tutulub. Bundan əlavə, Mərkəzin Qafqaz universitetinin texno parkı, Startup Azərbaycan, İT-in İnkişafı Dövlət Fondu , Quba xaçmaz regional Biznes Mərkəzində fəaliyyət göstərərn Biznes –inkubator, İqtisadiyyat və Sənaye nazirliyi, Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyi ilə də əməkdaşlığı var. Gələcəkdə İBİ Mərkəzi fəaliyyət dairəsini və istiqamətlərini daha da genişləndirməyi planlaşdırır.

Mərkəzdə menecer üzrə fəaliyyət göstərən Urfan Mustafayev deyib ki, Bronier layihəsi insanlara yardım edəcək ki, onlar ölkədə xidmət göstərən online mağazalardan məhsulları bronlaşdırsınlar. İstifadəçilər restoranlarrı da online bronlaşdıra biləcəklər. Onun sözlərinə görə, mobil tətbiq Android telefonları üçün nəzərdə tutulub və mayın 1-də layihənin təqdimatı keçiriləcək.

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə