“Startap Azərbaycan 2015” finalçıları müəyyən olunur

02-05-2015 / 13:29

“Startap Azərbaycan 2015”  müsabiqəsi davam edir.

Startap Azərbaycan Təşkilat Komitəsindən Xəbərlər-ə verilən məlumata görə, hazırda Yüksək Texnologiyalar Parkında 13 startap yarımfinalçı geniş biznes–planlar əsasında hazırladıqları təqdimatla ekspertlər qarşısında oflayn formada layihələrinin təqdimatını keçirir.

Qiymətləndirmə prosesində 7 ekspert iştirak edir.

Məlum olduğu kimi, bu il  keçirilən müsabiqəyə 34 startap müraciət etsə də, Startap Azərbaycan qaydalarına uyğun olan 22 startap yarışmaya buraxılıb və 1-ci mərhələdə ekspertiza üçün ekspertlərə göndərilib. 1-ci mərhələnin yekununda 13 startap yarımfinalçı seçilməklə Startap Azərbaycan yarışmasında mübarizəni davam etdirmək statusu qazanıb.

Onu da qeyd edək ki,  bu il müsabiqə qaydalarına edilən dəyişikliyə görə, 2-ci mərhələ qiymətləndirmədə əsasən layihələrin ən azı ilkin demo versiyası ( ilkin işlək variantı) olan layihələrə üstünlük veriləcək.

Startap Azərbaycan yekun təqdimat mərasiminin və ənənəvi Startap Azərbaycan milli konfransının, finala çıxan startaplarla investorların qapalı görüşünün isə may ayında keçirilməsi planlaşdırılır.

Startap Azərbaycan layihəsi Azərbaycan İnternet Forumunun təşkilatçılığı ilə keçirilir.

Layihəyə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İT-nin İnkişafı Dövlət Fondu, Elektron Hökumət Portalının operatoru - MHM və Yüksək Texnologiyalar Parkı dəstək verir. Startap Azərbaycan-ın Akademik partnyoru isə ADA Universitetidir. İnfiPro, SİNAM , SMART Systems, Cybernet və Happy Baku şirkətləri də Startap Azərbaycan-a dəstək verirlər.





Təqdimatlardan hazırlanan fotolar burada:

 

Məltəm Talıbzadə

Fotolar: Tərlan Yusif

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə