Previous Next
Bağla

17 ölkə internetdə terror təbliğatı ilə mübarizə aparacaq

21-05-2019 11:15
17 ölkə internetdə terror təbliğatı ilə mübarizə aparacaq

Fransa, Yeni Zelandiya, Böyük Britaniya liderləri və İT-nəhənglər internetdəki terroristik kontentlə mübarizəni gücləndirməyə razılaşıblar.

Xeberler.az bildirir ki, görüş mayın 15-i Parisdə baş tutub. Görüşdə Yeni Zelandiyanın baş naziri Casinda Ardern, onu britaniyalı həmkarı Tereza Mey, Fransa prezidneti Emmanuel Makron, Kanadanın baş naziri Castin Trüdo və başqa siyasətçilər, İT-şirkətlər nümayəndələri olaraq isə “Twitter”-in icraçı direktoru Çek Dorsi, “Facebook”-un beynəlxalq məsələlər üzrə direktoru Nik Kleqq və “Google”-un qlobal kommunikasiyalar üzrə birinci vitse-prezidenti Kent Uolker iştirak edib.

Donald Trampın administrasiyası kommünikeni imzalamaqdan imtina etsə də, Ağ Evin bəyanatında qeyd olunur ki, ABŞ söz və mətbuat azadlığına hörmət edərək, internetdə terroristik məlumatla fəal mübarizəni aparmağa davam edəcək. Bunu ABŞ administrasiyasının bəyanatına istinadla “The Washington Post” qəzeti xəbər verib.

Dünya liderləri nəyə görə ekstremist kontentlə mübarizə aparmağa qərara gəliblər

Sammitin keçirilməsi haqda təşəbbüslə Yeni Zelandiyada 15 martda törədilmiş ən iri terror hücumundan sonra ölkənin baş naziri Casinda Ardern çıxış edib. Xatırladaq ki, Kraystçörçdə iki məscidə silahlı hücum edən terrorçu Brenton Tarrant törətdiyi terror aktınının “Facebook” üzərindən birbaşa canlı yayımını edirdi. Avstraliyalı terrorçu həmçinin “Twitter”-də öz real adı altında qeydiyyatda olduğu hesabında Kraystçörçdəki hücumdan qabaq silahının şəklini dərc etmişdi.

Parisdəki sammit zamanı Ardern İT-şirkətlərinə: “Sizin miqyasınız və təsiriniz (ekstremist kontentlə mübarizəyə görə) üzərinizə məsuliyyət qoyur” , - deyə müraciət edib.

Bəzi ekspertlərin də hesab etdiyi kimi, “Twitter”, “Facebook” və ya “YouTube” kimi populyar sosial şəbəkələr təbliğat işində “ucluq” qismində çıxış edirlər. Özü də terrorçular kommunikasiya üçün kompüter oyunlarındakı çatlara qədər digər messencer və bloqlardan da fəal şəkildə faydalanırlar.

Terrorizmlə mübarizədə hansı təşəbbüslər təklif olunur

Yekun kommünikeni 17 ölkə nümayəndəsi (adı sadalananlardan başqa Avstraliya, Almaniya, Hindistan, İtaliya, Niderland, İspaniya və İsveç) və İT-şirkətlər imzalayıb. Razılaşdırılmış sənədin hüquqi qüvvəsi yoxdur. Sadəcə imzalanmış dövlətlərin hakimiyyətləri terrorizmin başlıca səbəblərindən qurtulmaq üçün öz ölkələrindəki cəmiyyətlərin birləşdirilməsi üçün əlavə səylərini göstərməyə söz veriblər. İT-şirkətlər isə üzərinə ekstremist kontentlə mübarizədə əlavə “konkret və şəffaf tədbirlər” götürməyi, həmçinin istifadəçilərin radikal qruplardan məlumat əldə etməməsi üçün labüd alqoritmlərin tərtib edilməsi öhdəliklərini götürüblər.

İstifadəçilər nə gözləməlidir

Paris razılaşmaları, ekspertlərin qeydlərinə görə, dövlətlərin onlayn-kontent üzərindəki nəzarətinin gücləndirilməsinin sübutudur. Onların fikrincə, smartfon istehsalçıları, tətbiq yaradıcıları artıq hakimiyyətlərlə fəal əməkdaşlıq edirlər, özü də çox vaxt səssiz və gizli şəkildə. Hakimiyyətin internetdə tənzimləyici rolunun gücləndirilməsinin nəticəsi özəl şirkətlərə dövlət orqanları tərəfindən edilən sorğuların artması olacaq.

Tənzimləmənin sərtləşdirilməsi istifadəçilərə də toxunacaq: qanunvericilk tələblərinin sərtləşdirilməsi boyu artıq şəxsi həyatın toxunulmazlığı, məxfilik, şəxsi yazışma, telefon danışıqları, poçt və digər ismarışların sirri kimi anlayışları unutmaq olar.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İŞİD Facebook və Twitter-in rəhbərini təhdid etdi

27-02-2016

Facebook Parisdəki terrorla bağlı təhlükəsizlik səhifəsi yaratdı

14-11-2015

Sosial şəbəkələr terrora dəstək verir

13-11-2014

"Facebook"dan videolara qadağa

18-01-2015

Əraqçi: İranda internet terror göstərişlərindən sonra söndürülüb

13-01-2026

Youtube terroçulara zərbə vurdu

12-09-2008

Baş Prokurorluq media nümayəndələri və sosial şəbəkə istifadəçilərinə müraciət edib

19-09-2023

“Terrorçuların kiberməkandan istifadəsi” mövzusunda təlim keçirilir

16-12-2024

Fransa ictimai Wi-Fi və anonim Tor şəbəkəsini bağlamayacaq

12-12-2015

Terror hadisələrini əvvəlcədən xəbər verən mobil tətbiq

09-06-2016

Almaniya jurnalistləri rəsmən gizli şəkildə güdə biləcək

17-06-2021

Makron Pavel Durovun saxlanılmasına münasibət bildirib

26-08-2024

YouTube və Facebook ekstremist videoları avtomatik olaraq silməyə başlayıb

25-06-2016

Facebook-da qadağalar dövrü başlayır

26-03-2015

Fransadakı terror və sosial media

16-11-2015

Avropa İttifaqı WhatsApp və Skype-da təhlükəsizliyi gücləndirir

09-09-2016

Facebook istifadəçilərdən üzr istədi

28-03-2016

Avropa Komissiyası internet saytlarının bloklanmasından şikayət etməyə hazırlaşır

09-04-2015

Mark Zuckerberg “Təhlükəsizlik Yoxlanışı”xidməti ilə bağlı tənqidlərə cavab verdi

16-11-2015

Bu gün Davosda Dünya İqtisadi Forumu başlayır

22-01-2018

Facebook hər gün 1 milyondan çox hesabı bloklayır

25-08-2017

Mark Zuckerberg-dən müsəlmanlara dəstək

10-12-2015

Facebook təhlükəsizlik xidmətini Ankaradakı partlayış üçün istifadəyə verib

18-02-2016

Roblox Rusiyada qadağan olunub

04-12-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə